Vakansiya haqqında
İş Yeri: FBCO LLC
Lokasiya: Port Baku Tower 2
Wagamama – 1992-ci ildə Londonda yaradılmış, Asiya mətbəxindən ilhamlanan beynəlxalq
restoran brendidir. Bu gün Wagamama dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərir və 230-dan çox restoranı ilə
milyonlarla qonağa yüksək keyfiyyətli yemək və unikal restoran təcrübəsi təqdim edir. İnkişafa, komandaya və
mükəmməl qonaq xidmətinə dəyər verən Wagamama artıq Azərbaycandadır və komandamıza enerjili, məsuliyyətli və inkişaf
etməyə həvəsli əməkdaşlar dəvət edir.
Vəzifənin təsviri
Aşpaz (Line Cook) vəzifəsinin məqsədi wagamama restoranının müvafiq mətbəx
stansiyalarında ilkin hazırlığı həyata keçirmək, yeməkləri texnoloji kartlara, reseptlərə, porsiya və brend
standartlarına uyğun hazırlamaqdır. Vəzifə sürətli və keyfiyyətli icranı, qida təhlükəsizliyi və gigiyena
qaydalarına riayəti əhatə edir; aşpaz heyətinə rəhbərlik və nəzarət üzrə idarəetmə funksiyalarını nəzərdə
tutmur.
Təyin olunduğu mətbəx stansiyasında yeməkləri wagamama brendinin
təsdiqlənmiş texnoloji kartlarına, reseptlərinə, hazırlanma texnikalarına, porsiya və təqdimat standartlarına uyğun
hazırlamaq.
Mise en place (ilkin hazırlıq) prosesini həyata keçirmək:
verilmiş hazırlıq siyahısına əsasən məhsulları hazırlamaq, doğramaq, porsiyalamaq və iş stansiyasını servisə hazır
vəziyyətə gətirmək.
Yüksək iş intensivliyi şəraitində sifarişləri müəyyən
edilmiş ardıcıllıqla, sürətli və keyfiyyətli hazırlamaq; öz hazırladığı yeməklərin resept və təqdimat standartlarına
uyğunluğunu yoxlamaq.
HACCP, qida təhlükəsizliyi, şəxsi gigiyena,
sanitariya və allergen qaydalarına riayət etmək; allergenlə bağlı xüsusi sifarişləri verilmiş təlimatlara uyğun
hazırlamaq və qeyri-müəyyən halları Baş Aşpazla dəqiqləşdirmək.
Məhsulları müəyyən edilmiş saxlanma şəraitinə uyğun yerləşdirmək, etiketləmə və istifadə
müddətlərinə diqqət yetirmək; FIFO (ilk daxil olan ilk istifadə olunur) və FEFO (istifadə müddəti əvvəl bitən ilk
istifadə olunur) prinsiplərini tətbiq etmək.
Xammal və ehtiyatlardan
səmərəli istifadə etmək, israfın qarşısını almaq; məhsul çatışmazlığı, keyfiyyət uyğunsuzluğu və istifadə müddəti
ilə bağlı problemlər barədə məsul aşpaza məlumat vermək.
İş stansiyasını,
alət və avadanlıqları təmiz və nizamlı saxlamaq, onlardan təlimatlara uyğun istifadə etmək və nasazlıqları məsul
şəxsə bildirmək.
Baş Aşpazın və növbə üzrə məsul aşpazın tapşırıqlarını
yerinə yetirmək, hazırlıq siyahısı üzrə görülən iş və ehtiyaclar barədə məlumat vermək.
Mətbəx komandası ilə effektiv əməkdaşlıq etmək və sifarişləri vaxtında hazırlamaq üçün digər
stansiyalarla əlaqəli işləmək.
Müxtəlif mətbəx stansiyalarında işləməyi
öyrənmək və müvafiq təlimdən sonra hazırlıq səviyyəsinə uyğun tapşırıqları yerinə yetirmək.
wagamama reseptləri, hazırlanma texnikaları və əməliyyat standartları üzrə təlimlərdə,
həmçinin verilmiş tapşırıqlar çərçivəsində yeni menyu məhsullarının sınaq hazırlığında iştirak
etmək.
Tələblər
Restoran mətbəxində əsas bişirmə texnikalarını bilmək və tətbiq
etmək.
Texnoloji kartları və reseptləri oxumaq, porsiya və təqdimat
standartlarına riayət etmək.
Mise en place (ilkin hazırlıq) prosesini
həyata keçirmək üzrə baza bilik və bacarıqlarına malik olmaq.
HACCP, qida
təhlükəsizliyi, gigiyena və allergen qaydalarını bilmək və onlara riayət etmək.
Məhsulların düzgün saxlanması, etiketlənməsi və FIFO prinsipləri üzrə biliklərə malik
olmaq.
Təhsil
Orta və ya peşə təhsili (qida sektorunda arzuolunandır).
İş təcrübəsi
Minimum 2–4 il (A’la carte mətbəx təcrübəsi).
Asiya mətbəxində iş təcrübəsi məcburi tələb deyil, üstünlük kimi
qiymətləndirilir.
Peşəkar bacarıq və kompetensiyalar
Yüksək iş intensivliyi şəraitində sürətli, dəqiq və keyfiyyətli
işləmək.
Stress altında sakit və məhsuldar işləyə
bilmək.
Baş Aşpazın və növbə üzrə məsul aşpazın təlimatlarını düzgün
anlamaq və yerinə yetirmək.
Komanda ilə effektiv işləmək, komandanın bir
hissəsi kimi düşünmək və ümumi iş nəticəsinə töhfə vermək.
Müxtəlif
mətbəx stansiyalarında işləməyi öyrənməyə və yeni funksiyaları mənimsəməyə hazır olmaq.
wagamama brendinin reseptlərini, hazırlanma texnikalarını və əməliyyat standartlarını
mənimsəməyə, təlimlərdə iştirak etməyə və öyrəndiklərini işdə tətbiq etməyə hazır olmaq.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
