Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Marketlərdə daxili nəzarət və təftiş yoxlamalarının həyata
keçirilməsi;
Mağaza daxili əməliyyatların daxili qayda və prosedurlara
uyğunluğunun yoxlanılması;
Kassa əməliyyatlarının, satış hesabatlarının
və pul dövriyyəsinin yoxlanılması;
Mal qəbulu, anbar uçotu,
inventarizasiya, qaytarma və silinmə proseslərinə nəzarət;
Satınalma
proseslərinin, təchizatçı müqavilələrinin və müvafiq sənədlərin yoxlanılması;
Mal və pul vəsaitləri üzrə çatışmazlıqların, uyğunsuzluqların və mümkün sui-istifadə
hallarının araşdırılması;
Aşkar edilmiş nöqsanlar üzrə hesabatların
hazırlanması və aradan qaldırılması üçün təkliflərin verilməsi;
Yoxlama
nəticələrinin Audit departamentinin rəhbərliyinə təqdim edilməsi.
Təhvil
təslim zamanı marketdə sayım prosesinin təşkili, nəzarəti, ortaya çıxan fərqlərin araşdırılması
Namizədə tələblər
Maliyyə, mühasibat uçotu, audit, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali
təhsil;
Daxili audit, daxili nəzarət, təftiş və ya pərakəndə ticarət
əməliyyatları üzrə minimum 2 il iş təcrübəsi;
Marketlər şəbəkəsində
əməliyyat və maliyyə prosesləri haqqında praktiki biliklər
Kassa
əməliyyatları, mal qəbulu, anbar uçotu və inventarizasiya proseslərini yoxlamaq bacarığı;
Satınalma müqavilələrini, hesab-fakturaları və digər ilkin uçot sənədlərini təhlil etmək
bacarığı;
MS Excel proqramında yaxşı səviyyədə işləmək
bacarığı;
ERP, 1C və digər uçot sistemləri ilə iş təcrübəsi
üstünlükdür;
Analitik düşünmə, araşdırma, uyğunsuzluqları müəyyən etmə və
hesabat hazırlama bacarığı;
Obyektivlik, prinsipiallıq, dürüstlük,
məxfilik və yüksək məsuliyyət hiss
Digər qeydlər:
İş günləri: Həftədə 5 gün
Əməkhaqqı:
1000 AZN + bonus
CV-nizi və
portfolionuzu "Daxili nəzarət və təftiş üzrə mütəxəssis" başlığı iləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş
olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
