Vakansiya haqqında
Qısa məzmun
BOKT “Falcon Finance” MMC Hüquqşünas vəzifəsi
üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.
İş şəraiti
Ərazi: Bakı
Maaş: Razılaşma
İş rejimi: Tam iş günü (5 gün)
Müqavilə: Əmək müqaviləsi
Əsas
vəzifələr:
Problemli kreditlərlə bağlı BOKT-un xeyrinə
çıxarılmış məhkəmə qərarlarının icrası üçün zəruri hüquqi tədbirləri həyata keçirmək;
Problemli kreditlərlə bağlı qüvvəyə minmiş məhkəmə
qərarlarının icrasını təmin etmək və icra prosesini izləmək;
Məhkəmə və icra orqanlarının qərarlarından qanunvericiliyə uyğun qaydada şikayət və
vəsatətlər hazırlamaq;
İcra
şöbələri ilə əməkdaşlıq etmək və icra işlərinə nəzarət etmək;
BOKT-u məhkəmələrdə və icra şöbələrində hüquqi şəxs
qismində təmsil etmək;
Borcluların gəlirlərinə və əmlakına yönəldilmiş icra tədbirlərinin görülməsi üçün
hüquqi prosedurları həyata keçirmək;
Problemli kreditlərlə bağlı keçirilən hərraclarda BOKT-u təmsil etmək və
qanunvericiliyə uyğun tədbirlər görmək;
Borclularla məhkəmə qərarları əsasında hüquqi danışıqlar
aparmaq;
Hüquqi sənədləri
hazırlamaq, hüquqi sənəd dövriyyəsini aparmaq;
Elektron Məhkəmə və Elektron Notariat sistemlərində
işləmək;
Zərurət yarandıqda
ezamiyyətlərdə iştirak etmək;
Hüquq şöbəsi rəhbərinin verdiyi tapşırıqları yerinə
yetirmək.
Tələblər:
Müvafiq sahə üzrə minimum 6 ay iş
təcrübəsi;
Ali hüquqi
təhsil
Fərdi və
komanda tərkibində işləmə qabiliyyəti;
Cins: Kişi
Yaş: 25 — 45 yaş
Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda
işləyən namizədlərə üstünlük verilir
Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək
qabiliyyəti;
Microsoft
Office proqramlarında (Word, Excel,Outlook) işləmək bacarığı;
Göstərilən tələblərə cavab
verən, namizədlərin CV-lərini “Hüquqşünas” başlığı iləMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş
olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
