Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Şirkətin baş ofisi, mağazaları, anbarları, servis və digər əməliyyat obyektlərində
əməyin mühafizəsi, sağlamlıq və təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və texniki təhlükəsizlik üzrə zəruri sənədlərin
hazırlanmasını, yenilənməsini və aidiyyəti dövlət qurumlarına təqdim edilməsini təşkil etmək;
Fövqəladə Hallar Nazirliyinə təqdim edilməli sənədlərin hazırlanmasına və aktuallığının təmin
edilməsinə nəzarət etmək: icarə müqavilələri, yanğına görə məsul şəxslərin təyin edilməsi, yanğın siqnalizasiya
aktları, elektrik izolyasiya protokolları, təxliyə planları, yanğınsöndürmə balonlarının texniki baxış aktları,
daşınmaz əmlakın icbari sığorta sənədləri və digər müvafiq sənədlər;
Mövcud olmayan və ya yenilənməsinə ehtiyac olan obyektlər üçün təxliyə planlarının
hazırlanmasını, yeni açılan mağazalarda isə təxliyə planlarının hazırlanmasını və təsdiq edilməsini təşkil
etmək;
Yeni açılan mağaza, anbar, servis və digər obyektlərdə yanğın
siqnalizasiya və mühafizə siqnalizasiya sistemlərinin quraşdırılması ilə bağlı işlərə nəzarət
etmək;
Yanğınsöndürmə balonlarının dövri və illik texniki baxışdan
keçirilməsinə, yararlılıq vəziyyətinə və müvafiq sənədlərin aparılmasına nəzarət etmək;
Obyektlərdə xəbərdaredici, qadağanedici, məcburedici və köməkedici təhlükəsizlik nişanlarının,
məlumat lövhələrinin və digər təhlükəsizlik materiallarının düzgün yerlərdə yerləşdirilməsinə nəzarət
etmək;
Şirkətin baş ofisi, mağazaları, anbarları, servisləri və digər
obyektləri üçün ilkin tibbi yardım qutularının komplektləşdirilməsinə və vaxtında yenilənməsinə nəzarət
etmək;
Əməkdaşlar üçün əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və digər
təhlükəsizlik istiqamətləri üzrə təlimatların, brifinqlərin və maarifləndirici tədbirlərin təşkilində iştirak
etmək;
Təlimat proqramlarının, təlimat jurnallarının, əmrlərin,
prosedurların və digər HSE sənədlərinin hazırlanmasını, tətbiqini və dövri olaraq yenilənməsini təmin
etmək;
Əməyin mühafizəsi və təhlükəsizlik üzrə əmrlər, prosedurlar,
təlimatlar və digər normativ sənədləri hazırlamaq və mütəmadi olaraq yeniləmək;
Şirkətin struktur bölmələri və digər hüquqi şəxslər üçün HSE üzrə təlimat proqramlarının,
jurnalların və əmrlərin hazırlanmasını və aktuallığının təmin edilməsini təşkil etmək;
Mağaza, anbar, servis, baş ofis və digər obyektlərdə mütəmadi HSE yoxlamaları və monitorinqlər
aparmaq;
Yoxlamalar zamanı aşkar edilmiş nöqsanların qeydiyyatını
aparmaq, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinə nəzarət etmək və təkrar yoxlamalar həyata
keçirmək;
Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması prosesini
izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək;
İş yerlərində
mövcud HSE risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və risklərin azaldılması üzrə tədbirlərin
görülməsində iştirak etmək;
Şirkətin obyektlərində dezinfeksiya işlərinin
vaxtında və müvafiq qaydada həyata keçirilməsinə nəzarət etmək, dezinfeksiya ilə bağlı müraciətləri araşdırmaq və
müvafiq rəylər hazırlamaq;
İş qəzaları, bədbəxt hadisələr və digər
insidentlər zamanı müvafiq prosedurlara uyğun olaraq hadisənin araşdırılmasında iştirak etmək, səbəblərin
müəyyənləşdirilməsinə və təkrarlanmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin hazırlanmasına nəzarət
etmək;
Fövqəladə hallara hazırlıq, yanğın təhlükəsizliyi və təxliyə
prosedurlarının obyektlərdə tətbiqinə və tələblərə uyğunluğuna nəzarət etmək;
HSE üzrə aparılan işlər, aşkar edilmiş nöqsanlar, görülmüş tədbirlər və mövcud risklər barədə
rəhbərliyə müvafiq hesabat və məlumatlar təqdim etmək;
Əməyin mühafizəsi,
yanğın təhlükəsizliyi və digər HSE tələbləri üzrə qüvvədə olan qanunvericilik və normativ tələblərin icrasına
nəzarət etmək;
Yeni açılan və fəaliyyət göstərən obyektlərin HSE
tələblərinə uyğunluğunun təmin edilməsində aidiyyəti struktur bölmələrlə koordinasiyalı işləmək.
Tələblər
HSE, əməyin mühafizəsi, texniki təhlükəsizlik və ya əlaqəli sahədə minimum 5
il iş təcrübəsi;
Ali təhsil;
Azərbaycan Respublikasının əməyin mühafizəsi və təhlükəsizlik üzrə qanunvericiliyi barədə
bilik;
Risklərin qiymətləndirilməsi və idarə olunması üzrə praktiki
təcrübə;
HSE auditləri, inspeksiyalar və insident araşdırmaları üzrə
təcrübə;
Təhlükəsizlik prosedurlarının hazırlanması və tətbiqi üzrə
bacarıqlar;
MS Office proqramlarında yaxşı istifadə
bacarığı;
Azərbaycan dilində sərbəst danışıq və yazı
bacarığı;
İngilis və/və ya rus dili biliyi üstünlükdür.
Üstünlük verilən təcrübə
Retail / pərakəndə satış sektorunda HSE
təcrübəsi;
Çoxsaylı mağaza və ya filial şəbəkəsi ilə iş
təcrübəsi;
Anbar və logistika proseslərində təhlükəsizlik üzrə
təcrübə;
ISO 45001 və digər beynəlxalq HSE standartları üzrə bilik və ya
sertifikasiya;
HSE üzrə peşəkar sertifikatların olması.
Şəxsi keyfiyyətlər
Yüksək məsuliyyət və təşkilatçılıq;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Güclü kommunikasiya bacarığı;
Detallara
diqqət;
Proaktiv yanaşma;
Komanda ilə işləmək bacarığı;
Sahədə işləməyə və
mütəmadi monitorinqlər aparmağa hazır olmaq.
Biz nə təklif edirik
Böyük və dinamik şirkətdə peşəkar inkişaf imkanı;
Stabil və uzunmüddətli karyera perspektivi;
Peşəkar
komanda və müasir iş mühiti;
HSE proseslərinin inkişafında aktiv iştirak
imkanı;
Rəqabətli əməkhaqqı və əlavə sosial
üstünlüklər.
Vakansiya ilə maraqlanan namizədlər CV-ləriniMüraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər:
E-mail-in mövzu hissəsində “HSE Manager” qeyd etməyiniz xahiş
olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
