Vakansiya haqqında
İş yeri:Azərbaycan
İş rejimi:Tam ştat
Sahə:Enerji infrastrukturu / Elektrik ötürücü xətləri
Vəzifə haqqında
110 kV, 330 kV və 500 kV elektrik ötürücü xətlərinin tikintisi və layihələndirilməsi
üzrə təcrübəyə malik, beynəlxalq layihə standartlarını bilən keyfiyyətə nəzarət mühəndisi
axtarırıq.
Vəzifə öhdəlikləri
110 kV, 330 kV və 500 kV elektrik
ötürücü xətlərinin tikinti-quraşdırma işlərinə keyfiyyət nəzarəti;
Layihə
çertyojları, texniki spesifikasiyalar və beynəlxalq standartlara uyğunluğun yoxlanılması;
Dayaqlar, fundamentlər, keçiricilər, izolyatorlar və torpaqlama sistemlərinin
inspeksiyası;
ITP, MIR, WIR, Method Statement və QA/QC sənədlərinin
hazırlanması və izlənilməsi;
NCR hesabatlarının hazırlanması və düzəldici
tədbirlərin yoxlanılması;
Podratçı işlərinin, sınaqların və təhvil
sənədlərinin yoxlanılması;
Beynəlxalq maliyyə institutlarının tələblərinə
uyğun texniki hesabatlılıq.
Əsas kvalifikasiya tələbləri
Elektrik mühəndisliyi, energetika və ya müvafiq sahə üzrə magistr
dərəcəsi (mütləqdir);
110 kV,
330 kV və/və ya 500 kV ötürücü xətlərin layihələndirilməsi və tikintisində
praktiki təcrübə (mütləqdir);
WB, ADB, EBRD, EIB və ya
digər beynəlxalq maliyyə institutlarının maliyyələşdirdiyi layihələrdə təcrübə
(mütləqdir);
Enerji ötürülməsi infrastrukturu üzrə
minimum 5 il iş təcrübəsi;
ITP, QA/QC, IEC, IEEE, EN və
texniki inspeksiya prosedurları üzrə biliklər;
İngilis dilində texniki
sənədlərlə işləmək; MS Office və AutoCAD bacarığı.
Üstünlük veriləcək
FIDIC müqavilələri və ISO 9001 üzrə biliklər;
Beynəlxalq mühəndis nəzarəti komandalarında iş təcrübəsi.
Təklif edirik
İri enerji infrastrukturu layihəsində iştirak;
Təcrübəyə uyğun əməkhaqqı və peşəkar inkişaf imkanları
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər. E-mail mövzusu:QC Electrical Engineer
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
