Vakansiya haqqında
İş yeri:Daşkəsən rayonu
İş növü: Tam ştat
İş qrafiki: Növbəli iş qrafiki.
Əsas vəzifə öhdəlikləri:
İstehsalatın ən yüksək performansla işləməsini təmin etmək;
Əməliyyatın çatışmazlıqlarını və tələblərini təhlil edərək əməliyyata istiqamət
vermək;
İstehsalatda ola biləcək potensial riskləri qabaqcadan
müəyyənləşdirib, onların qarşısını almaq üçün CİL zavodunun müdirinə məlumat vermək;
Yanğın, zəhərlənmə, qəza və digər təcili hallarda operatorları yönləndirmək və təxliyə planına
rəhbərlik etmək;
Tabeliyində olan operatorların fəaliyyətini mütəmadi
olaraq qiymətləndirmək və qeydlər aparmaq;
Operatorların işinə marağını
artırmaq, komanda daxilində əməkdaşlığı gücləndirmək və iş mühitini müsbət saxlamaq;
İstehsalat proseslərində yaranmış problemlərin innovativ həllərin tətbiqi imkanlarını izləmək
və təklif vermək;
Proses dəyişikliklərinə əsasən əməliyyat planını
hazırlamaq;
Operatorlardan istehsalatın gedişi və ya istehsalata təsir
edən hər bir parametr barədə məlumat toplayaraq, müvafiq tədbirlərin görülməsi barədə qərar
vermək;
İstehsalat üçün lazım olan kimyəvi maddələrin miqdarlarını
optimallaşdırmaq, nəzarət etmək və lazımi hesabatları hazırlamaqla yanaşı, zavodda istifadə olunan bütün kimyəvi
maddələrin miqdarı və ehtiyatına da nəzarət etmək;
Karbon sıyırma və
dəyirman dayanma planlamalarına əməl etmək;
Öz sahəsində səmərəliliyi
artırmaq və ya əməliyyatı təkmilləşdirmək üçün layihələr və layihələrin texniki iqtisadi əsaslandırmalarını
hazırlamaq;
Bütün mexaniki və elektrik problemlərini izləməklə problemlər
barədə aidiyyəti struktur bölməyə məlumat vermək;
Mövcud prosedurlara və
təlimatlara uyğun olaraq növbə ərzində zavodda aparılan prosesləri səmərəli şəkildə idarə
etmək;
Texnoloji avadanlıqların iş prinsiplərini başa düşmək və zərurət
olduqda operatorları məlumatlandırmaq;
İdarəetmə otağının, bütün FMV
(Fərdi Mühafizə Vasitələri) materiallarının çatışmazlıqlarına nəzarət etmək və təmin
etmək;
İstehsalatın düzgün təşkilini və növbəliliyini təmin
etmək;
Texniki və saf su çənlərinin səviyyəsinə nəzarət etməklə yanaşı,
istehsalat və fövqəladə hallar üçün hər zaman kifayət qədər suyun təmin olunmasına nəzarət
etmək;
İşçilərin inkişaf proqramlarını hazırlamaq və aidiyyəti sahə üzrə
(aparılan proseslər və iş öncəsi SƏTƏM normaları üzrə) təlimlər keçmək;
Operatorların nahar, şam yemək vaxtlarını istehsalat tələblərinə uyğun təşkil
etmək;
Operatorların və özünün ehtiyaclarına uyğun FMV (Fərdi mühafizə
vasitələri) və avadanlıqlarla təmin edilməsi üçün aidiyyəti struktur bölməyə müraciət etmək;
Tabeliyində olan operatorların bütün vəzifə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət
etmək.
Tələb olunan bilik və bacarıqlar:
Azərbaycan dili səlis, İngilis dili və Rus dili arzuolunandır.
Tələb olunan təhsil:
Ali təhsil (Metallurgiya, Kimya mühəndisliyi, Kimya).
Tələb olunan iş təcrübəsi:
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
Əmək haqqı və əlavə imtiyazlar:
Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən
edilir.
Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda)
iştirak etmək imkanı yaradılır.
Əməkdaşlara idmanla məşğul olmaq üçün
müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
Nəqliyyat
xidməti.
Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
