Vakansiya haqqında
Təsvir
Rəqəmsal Hökumət Arxitekturasının formalaşdırılması çərçivəsində məlumat
arxitekturasının (Data Architecture) hazırlanması və inkişaf etdirilməsi;
Dövlət informasiya sistemləri və rəqəmsal platformalar üzrə mövcud (AS-IS) və hədəf (TO-BE)
məlumat arxitekturasının təhlili, modelləşdirilməsi və sənədləşdirilməsi;
Dövlət informasiya sistemləri arasında məlumatların idarə olunmasına, saxlanılmasına,
paylaşılmasına və istifadəsinə dair vahid memarlıq prinsiplərinin, standartların və metodoloji yanaşmaların
hazırlanması;
Məlumat arxitekturası üzrə konsepsiyanın, inkişaf
strategiyasının və mərhələli tətbiq planının hazırlanması və aktuallaşdırılması;
Məlumat arxitekturasının Korporativ Arxitektura (Enterprise Architecture) çərçivəsinə
uyğunlaşdırılması və digər memarlıq domenləri ilə əlaqələndirilməsi;
Rəqəmsal Hökumət Arxitekturası çərçivəsində məlumat arxitekturasının konseptual və məntiqi
səviyyədə modelləşdirilməsi, informasiya sistemləri arasında məlumat asılılıqlarının və məlumat axınlarının
arxitektura baxımından təhlili və hədəf arxitektura həllərinin formalaşdırılması;
Dövlət informasiya sistemləri arasında məlumatların təkrarlanması, uyğunsuzluğu, parçalanması
və izolyasiyası ilə bağlı problemlərin müəyyənləşdirilməsi və optimallaşdırma təkliflərinin
hazırlanması.
Standartların müəyyən edilməsi: Dövlət qurumları üzrə
məlumatların idarə edilməsi (Data Governance), məlumat keyfiyyəti, metadataların idarə edilməsi və normativ
tələblərə uyğunluq sahələrində standartların, siyasətlərin və qaydaların müəyyən edilməsi və onlara riayət
olunmasının təmin edilməsi.
Dövlət informasiya sistemləri arasında
məlumat mübadiləsinin və inteqrasiya mexanizmlərinin memarlıq baxımından
qiymətləndirilməsi;
API, ETL/ELT, CDC, event-driven architecture və
digər məlumat inteqrasiyası yanaşmalarının tətbiqi üzrə memarlıq tələblərinin
müəyyənləşdirilməsi;
Məlumat anbarları (Data Warehouse), Data Lake,
Data Lakehouse, məlumat kataloqları, məlumat reyestrləri və Data Product yanaşmaları üzrə həllərin
qiymətləndirilməsi;
Rəqəmsal Hökumət Arxitekturasının əsas
komponentləri, o cümlədən məlumat mübadiləsi platformaları və dövlət reyestrləri arasında məlumatların
əlaqələndirilməsi üzrə memarlıq təkliflərinin hazırlanması;
Məlumat
təhlükəsizliyi, fərdi məlumatların qorunması, giriş hüquqlarının idarə olunması və audit tələblərinin məlumat
arxitekturasına inteqrasiyası.
Dövlət qurumlarının Rəqəmsallaşma
üzrə Diaqnostikası (DMA) və informasiya sistemlərinin qiymətləndirilməsi (İSQ) proseslərində məlumat arxitekturası
üzrə ekspert kimi iştirak;
Yeni informasiya sistemlərinin
yaradılması və mövcud sistemlərin modernləşdirilməsi üzrə memarlıq həllərinin
qiymətləndirilməsi;
Qiymətləndirmə nəticələri əsasında memarlıq
rəylərinin, tövsiyələrin və təkmilləşdirmə tədbirlərinin hazırlanması;
Dövlət qurumlarının rəqəmsallaşma üzrə yol xəritələrinin hazırlanmasında və həyata
keçirilməsinin monitorinqində iştirak;
Dövlət qurumlarına məlumat
arxitekturası və məlumatların idarə edilməsi məsələləri üzrə metodoloji və əməli dəstəyin
göstərilməsi;
Dövlət qurumları, texniki komandalar, biznes
nümayəndələri və digər maraqlı tərəflərlə koordinasiyanın təmin edilməsi;
Müvafiq beynəlxalq təcrübələrin, standartların və texnoloji tendensiyaların
araşdırılması;
Görülmüş işlər üzrə hesabatların, təqdimatların və
analitik materialların hazırlanması;
Müvafiq işçi qruplarında,
görüşlərdə və texniki müzakirələrdə iştirak.
Tələblər
İnformasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahə üzrə ali
təhsil;
Məlumat arxitekturası və əlaqəli sahələr üzrə minimum 5 il iş
təcrübəsi;
AS-IS və TO-BE məlumat arxitekturalarının hazırlanması,
məlumat modelləşdirilməsi və sistemlərarası inteqrasiya üzrə təcrübə;
TOGAF, DAMA-DMBOK, Enterprise Architecture və Data Governance prinsipləri üzrə
biliklər;
Məlumat modelləşdirilməsi, verilənlər bazaları və məlumat
platformalarının arxitekturası üzrə təcrübə;
Məlumat inteqrasiyası,
təhlükəsizliyi və interoperabellik prinsipləri üzrə biliklər;
Arxitektura
həllərinin təhlili, modelləşdirilməsi, sənədləşdirilməsi və qiymətləndirilməsi bacarığı;
Dövlət informasiya sistemləri, rəqəmsal transformasiya və Enterprise Architecture
layihələrində təcrübə;
Legacy sistemlərin modernləşdirilməsi və müasir
məlumat platformaları üzrə biliklər;
DAMA CDMP, TOGAF və ya müvafiq
texnoloji sertifikatların olması.
Azərbaycan dili – əla, ingilis dili –
peşəkar səviyyədə, rus dili – arzuolunandır;
Analitik düşüncə, sistemli
yanaşma, sənədləşdirmə və effektiv kommunikasiya bacarıqları.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət
et düyməsində qeyd
olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
