Vakansiya haqqında
Təsvir
Məhkəmələrlə mütəmadi əlaqələrin saxlanılması və müvafiq məsələlərin operativ
şəkildə koordinasiya edilməsi;
İddia ərizələrinin hazırlanması,
yoxlanılması və zəruri düzəlişlərin edilməsi;
Məhkəmə qərarları və
qətnamələr üzrə müvafiq düzəlişlərin həyata keçirilməsi;
Məhkəmə
sənədlərinin hazırlanması, sistemləşdirilməsi və aidiyyəti üzrə təqdim edilməsi;
Məhkəmə qrafiklərinin gündəlik hazırlanması, yenilənməsi və müvafiq şəxslərə vaxtında təqdim
edilməsi;
Məhkəmə iclaslarının tarix və saatlarının izlənilməsi,
proseslərdə iştirakın vaxtında təmin edilməsi;
Məhkəmə proseslərinin
gedişatına nəzarət edilməsi və nəticələr barədə müvafiq məlumatların toplanması;
Məhkəmə işləri üzrə sənədlərin və məlumatların mütəmadi yenilənməsi və
arxivləşdirilməsi;
Məhkəmə prosesləri ilə bağlı yaranan məsələlərin
operativ həll edilməsi və aidiyyəti struktur bölmələrlə koordinasiyanın təmin edilməsi;
Məhkəmə işləri üzrə son tarixlərin izlənilməsi və müvafiq sənədlərin vaxtında hazırlanmasının
təmin edilməsi;
Məhkəmə işləri üzrə hesabatların hazırlanması və
rəhbərliyə təqdim edilməsi.
İş şəraiti:
İş qrafiki: Həftənin I–V günləri tam iş günü, şənbə günü qısa iş
günü;
Əmək haqqı: 800 AZN (Gross);
İş yeri: 20 Yanvar metrosu yaxınlığı, Moskva prospekti 73A.
Tələblər
Hüquq üzrə ali təhsil;
Microsoft Office
proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
Yüksək ünsiyyət və təşkilatçılıq bacarığı;
Müstəqil
qərar qəbul etmək və operativ həll yolları tapmaq bacarığı;
Stressə
davamlılıq, diqqətlilik və məsuliyyətlilik;
Komanda ilə işləmək
bacarığı;
Punktuallıq və işgüzar etikaya riayət
etmək;
Hüquqi sənədlərlə işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət
et düyməsində qeyd
olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
