Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Müəssisənin mühasibat uçotunu qanunvericiliyə uyğun idarə
etmək;
Maliyyə, vergi və statistik hesabatların vaxtında və düzgün
hazırlanmasını və təqdim edilməsini təmin etmək;
Nağd və nağdsız
ödənişlərin düzgün uçotuna nəzarət etmək;
Bank hesabları üzrə
əməliyyatların uçotunu və üzləşdirilməsini həyata keçirmək;
Debitor və
kreditor borclarına nəzarət etmək;
Maya dəyərinin (Food Cost və Beverage
Cost) hesablanmasına nəzarət etmək.
Məhsul itkiləri, silinmələr və
tullantılar üzrə sənədlərin düzgün rəsmiləşdirilməsini təmin etmək;
Əməkhaqqının, məzuniyyət, ezamiyyət və digər ödənişlərin düzgün hesablanmasını təmin
etmək;
Vergi öhdəliklərinin düzgün hesablanmasını və ödənilməsini təmin
etmək;
Elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturalarının
və digər elektron sənədlərin düzgün tərtibini təmin etmək;
Aylıq, rüblük
və illik maliyyə nəticələrini təhlil edərək rəhbərliyə hesabat təqdim etmək;
Büdcənin hazırlanmasında iştirak etmək və büdcə icrasına nəzarət etmək;
Xərclərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
Daxili nəzarət mexanizmlərini tətbiq etmək və maliyyə risklərini
qiymətləndirmək;
Vergi və digər dövlət qurumlarının yoxlamaları zamanı
müəssisəni təmsil etmək;
Tələblər:
Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali
təhsil;
1C 8.3 proqramında yüksək səviyyədə işləmək
bacarığı;
Peşəkar mühasib sertifikatının (PMS) olması
mütləqdir;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (Satış və Restoran
sektorunda);
MS Office proqramlarını (xüsusilə Excel) yüksək səviyyədə
bilmək;
Xanım namizədlərə üstünlük verilir;
Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə dərin biliklər;
Elektron dövlət portalları ilə işləmək bacarığı;
Güclü analitik düşünmə, riyazi hesablama və maliyyə təhlili bacarıqları;
Balansın tərtib edilməsi və maliyyə hesabatlarının hazırlanması üzrə
biliklər;
İş barədə məlumat:
İş yeri: Bakı, Həsən Seyidbəyli küç;
5 günlük iş qrafiki: 09:00-18:00;
Əmək haqqı: 3000
Azn.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd
olunan elektron ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
