Vakansiya haqqında
İş şəraiti
Şəhər: Bakı
İş
qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri
Hüquqi sənədləri hazırlamaq və rəsmiləşdirmək;
Hüquqşünaslıq fəaliyyəti ilə əlaqədar Şirkətin rəhbəri və ya özünün birbaşa rəhbərinin digər
tapşırıqlarını yerinə yetirmək;
Şirkətin rəhbərliyinə imza üçün təqdim
edilən əmr, təlimat və hüquqi xarakterli digər sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu
yoxlamaq;
Müqavilə layihələrini hazırlamaq, müqavilələrin ekspertizasını
həyata keçirərək qanunvericiliyə uyğunluğunu yoxlamaq və rəy vermək (xüsusən xarici Kontragentlərlə bağlanılan
müqavilələrin);
Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı
və şifahi məsləhətləşmə aparmaq, digər şöbələrdən gələn hüquqi məsələlər üzrə sorğuları cavablamaq, bütün növ hüquqi
sənədlərin tərtib edilməsində hüquqi dəstək göstərmək;
Daxili Qaydaların
layihəsinin hazırlanmasında iştirak etmək, həmin qaydalar üzrə Təqdimatlar hazırlamaq;
Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının iclaslarının protokollarını hazırlamaq və
digər bu kimi katiblik funksiyasını həyata keçirmək.
Tələblər:
Hüquq sahəsi üzrə ali təhsil (magistratura təhsili
üstünlükdür);
Azərbaycan dili – mükəmməl, ingilis dili – yüksək səviyyədə
(yazılı, şifahi ünsiyyət və təqdimat bacarıqları);
MS Office
proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;
Korporativ hüquq sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
Maliyyə sektorunda (bank, sığorta, investisiya və s.) iş təcrübəsi
üstünlükdür;
AR Mülki, Mülki-prosessual, Əmək Məcəllələri üzrə peşəkar
biliklərə, AR inzibati və inzibati prosessual qanunvericiliyi və normativ-hüquqi aktları barədə biliklərə malik
olmaq (Kapital bazarını tənzimləyən digər normativ hüquqi aktları bilməsi üstünlükdür);
Layihələr hazırlamaq, hüquqi təhlil aparmaq və katiblik bacarığı;
Məsuliyyətlilik, dəqiqlik, etik davranış prinsiplərinə sadiqlik.
CV-ləriniziMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu sətrində “Hüquqşünas”
vəzifəsini qeyd etməyi unutmayın.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
