Vakansiya haqqında
PilatesLife studiyasına Xanım Resepşn axtarılır
PilatesLife komandası böyüməyə davam edir və biz peşəkar, enerjili və məsuliyyətli xanım
resepsion axtarırıq.
Vəzifələri:
Studiyanın gündəlik inzibati işlərinin təşkili və
koordinasiyası
Müştərilərin qarşılanması və yüksək səviyyədə xidmət
göstərilməsi
Studiyanın yeni və potensial müştərilərinə xidmətlərin
peşəkar təqdimatı
Daxil olan zənglərin, WhatsApp və sosial şəbəkə
müraciətlərinin cavablandırılması
Mövcud və potensial müştərilərlə
davamlı əlaqələrin qurulması
Müştəri bazasının idarə olunması və CRM
sistemində məlumatların işlənməsi
Məşqçilərin iş qrafiklərinin
koordinasiyasında iştirak
Studiyada mövcud məhsulların və ehtiyatların
nəzarəti, sifarişlərin hazırlanması
Hesabatların müəyyən olunmuş qaydada
aparılması
Studiyanın xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin
təmin edilməsində aktiv iştirak
İş yerində yaranan məsələlərin operativ
və müstəqil həlli
Tələblər:
Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili
üstünlükdür)
Ali təhsil
22–40
yaş arası xanım namizədlər
MS Office proqramlarında işləmə bacarığı
(Word, Excel), 1C bilikləri üstünlükdür
Ofis texnikası ilə işləmə
bacarığı
Satış və müştəri xidməti sahəsində təcrübə
üstünlükdür
Ünsiyyətcil, gülərüz və təqdimat bacarıqlarının yüksək
olması
Məsuliyyətli, punktual və intizamlı olmaq
Komandada işləmə və eyni zamanda müstəqil qərar vermə bacarığı
Stressə davamlı və çoxsaylı tapşırıqları idarə etmə bacarığı
Sağlam həyat tərzinə, idmana və wellness sahəsinə maraq göstərmək
İş şəraiti:
İşə qəbul Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun
aparılır
Əmək haqqı: 700 AZN
2 növbəli iş qrafiki:
09:00–18:00
12:00–21:00
Şənbə günü:
09:00–15:00
Biz nə təklif edirik?
Azərbaycanın aparıcı Pilates studiyalarından birində işləmək
imkanı
Peşəkar və dəstəkçi komanda mühiti
Karyera və inkişaf imkanları
PilatesLife
xidmətlərindən xüsusi əməkdaş güzəştləri
Müştəri xidməti və satış
bacarıqlarının inkişafı üçün təlimlər
Maraqlanan şəxslərdən şəkilli CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına mövzu hissəsində “Resepşn” qeyd etməklə göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
