Vakansiya haqqında
IT & Security Equipment
İT avadanlıqları və təhlükəsizlik sistemləri üzrə fəaliyyət göstərən şirkətimizə
avadanlıqların quraşdırılması, sazlanması, texniki diaqnostikası və nasazlıqların aradan
qaldırılması üzrə praktiki və texniki düşüncəyə malik mütəxəssis axtarırıq.
Bu vəzifə sadəcə montaj və fiziki quraşdırma işi deyil. Namizəddən
avadanlığın necə işlədiyini başa düşməsi, problemin səbəbini müəyyən etməsi və texniki həll yolu tapması
gözlənilir.
Vəzifə öhdəlikləri
İT və təhlükəsizlik avadanlıqlarının obyektlərdə quraşdırılması və
sazlanması;
IP kameralar, NVR/DVR, access control, interkom və digər
təhlükəsizlik sistemlərinin quraşdırılması;
Router, switch, access point
və digər şəbəkə avadanlıqlarının ilkin konfiqurasiyası;
Avadanlıqlarda
yaranan texniki nasazlıqların diaqnostikası və aradan qaldırılması;
IP
ünvanlama, şəbəkə bağlantısı və avadanlıqların şəbəkəyə inteqrasiyası ilə bağlı problemlərin
həlli;
Kabel, konnektor, patch panel və digər fiziki bağlantıların
yoxlanılması və düzgün qurulması;
Avadanlıqların test edilməsi və
istismara verilməsi;
Müştəri obyektlərində texniki servis və zəmanət
işlərinin həyata keçirilməsi;
Nasaz avadanlığın səbəbinin müəyyən
edilməsi və zəruri hallarda təmirə yönləndirilməsi;
Görülmüş işlər və
aşkar edilmiş problemlər barədə texniki hesabatların hazırlanması;
Texniki layihələr üzrə digər mütəxəssislərlə koordinasiyalı işləmək.
Namizədə tələblər
İT avadanlıqları, təhlükəsizlik sistemləri, zəif axın və ya şəbəkə avadanlıqları
üzrə minimum 2 il praktiki iş təcrübəsi;
IP kamera,
NVR/DVR və təhlükəsizlik sistemlərinin quraşdırılması və sazlanması üzrə praktiki bacarıq;
Router, switch və digər şəbəkə avadanlıqları haqqında yaxşı praktiki
bilik;
TCP/IP, IP addressing, DHCP, DNS, LAN/WAN
anlayışları;
RJ45 konnektorlarının sıxılması, UTP kabel və patch panel
ilə işləmək bacarığı;
Multimetr və digər əsas texniki ölçü cihazlarından
istifadə edə bilmək;
Avadanlıq nasazlığının səbəbini müstəqil
müəyyənləşdirə bilmək;
Texniki sxem və avadanlıq təlimatlarını oxuyub
tətbiq etmək bacarığı;
Problemlərə yalnız “dəyişdirək” yanaşması ilə
deyil, diaqnostika → səbəb → həll prinsipi ilə yanaşmaq;
B kateqoriyalı sürücülük vəsiqəsi üstünlükdür.
Üstünlük veriləcək
Hikvision, Uniview, Dahua, ZKTeco, TP-Link, Ruijie/Reyee və analoji avadanlıqlarla
iş təcrübəsi;
MikroTik və ya digər şəbəkə avadanlıqları üzrə praktiki
bilik;
Access Control, IP telefoniya və interkom sistemləri üzrə
təcrübə;
Fiber optik avadanlıqlar və fiber bağlantılar haqqında ilkin
bilik;
Elektrik və zəif axın sistemləri üzrə baza
bilikləri;
Texniki servis və ya field service sahəsində iş
təcrübəsi.
Biz kim axtarırıq?
Biz yalnız kabel çəkən və avadanlığı fiziki olaraq quraşdıran texnik
deyil, quraşdırdığı sistemin iş prinsipini anlayan, nasazlıq zamanı problemi özü araşdıran və həll yolu
tapa bilən praktik texniki mütəxəssis axtarırıq.
İş şəraiti
Rəsmi əmək müqaviləsi;
Tam iş
günü;
Obyektlərdə və şirkətin servis mühitində praktiki
iş;
Peşəkar inkişaf və yeni avadanlıqlarla işləmək
imkanı;
Əmək haqqı: namizədin bilik və praktiki bacarıqlarına uyğun
olaraq müsahibə əsasında müəyyən edilir.
CV-ləriniziMüraciət etdüyməsində qeyd olun elektron poçt ünvanına göndərin və növbəti texniki
mərhələyə keçin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
