Vakansiya haqqında
Best Tech MMC yerli və xarici təchizatçılarla işləyəcək, xüsusilə Çin istehsalçıları ilə
əməkdaşlığın qurulmasını və satınalma proseslərinin idarə edilməsini həyata keçirəcək mütəxəssis
axtarır.
Vəzifə öhdəlikləri
Şirkətin fəaliyyətinə uyğun məhsullar üzrə yerli və xarici təchizat bazarını
araşdırmaq, potensial təchizatçıları müəyyənləşdirmək;
Çin istehsalçıları
və digər xarici tərəfdaşlarla əlaqələr qurmaq, yazışmalar və danışıqlar aparmaq;
Yeni istehsalçılar, alternativ məhsullar və daha sərfəli təchizat mənbələri
tapmaq;
Təchizatçıların etibarlılığını, istehsal imkanlarını,
məhsullarının keyfiyyətini və əməkdaşlıq şərtlərini qiymətləndirmək;
Aidiyyəti şöbələrlə birlikdə məhsul ehtiyaclarını müəyyənləşdirmək, anbar qalıqları və satış
göstəriciləri əsasında satınalma planları hazırlamaq;
Məhsulların texniki
xüsusiyyətlərini və uyğunluğunu dəqiqləşdirmək, yanlış model və ya uyğun olmayan məhsul sifarişinin qarşısını
almaq;
Təchizatçılardan qiymət təklifləri toplamaq, qiymət, keyfiyyət,
zəmanət, ödəniş və çatdırılma şərtləri üzrə müqayisəli cədvəllər hazırlamaq;
Məhsulun alış qiyməti ilə yanaşı daşınma, gömrük və digər əlaqəli xərcləri nəzərə alaraq ümumi
maya dəyərini hesablamaq;
Miqdar, qiymət, minimum sifariş həcmi,
çatdırılma müddəti, ödəniş vəzəmanət şərtlərini razılaşdırmaq;
Məhsul
nümunələrinin gətirilməsini təşkil etmək, texniki heyətlə birlikdə yoxlanılmasını və nəticələrin
qiymətləndirilməsini təmin etmək;
Sifarişləri hazırlamaq, təsdiqə təqdim
etmək və təchizatçıya göndərmək;
Sifarişlər üzrə müqavilə, proforma
invoys, kommersiya invoysu, qablaşdırma siyahısı və digər zəruri sənədlərin hazırlanmasını və düzgünlüyünün
yoxlanılmasını təmin etmək;
Sifarişlərin istehsal, hazırlanma, yüklənmə
və çatdırılma mərhələlərini izləmək;
Logistika şirkətləri, gömrük
rəsmiləşdirilməsini həyata keçirən tərəflər və şirkətin aidiyyəti əməkdaşları ilə koordinasiyanı təmin
etmək;
Daxil olan məhsulların sifarişə uyğunluğunu anbar və texniki
heyətlə birlikdə yoxlamaq;
Çatışmazlıq, qüsur və uyğunsuzluqlarla bağlı
təchizatçılara müraciət etmək, dəyişdirilmə, geri qaytarılma və kompensasiya proseslərini
izləmək;
Təchizatçılar, qiymət təklifləri və sifarişlər üzrə məlumat
bazasını aktual saxlamaq;
Satınalma xərclərini təhlil etmək, qənaət
imkanlarını müəyyənləşdirmək və rəhbərliyə dövri hesabatlar təqdim etmək.
Namizədə tələblər
Satınalma, təchizat və ya xarici ticarət sahəsində iş
təcrübəsi;
Çin istehsalçıları və xarici təchizatçılarla iş təcrübəsi
üstünlükdür;
İngilis dilində işgüzar yazışma və danışıqlar aparmaq
bacarığı; Çin dili biliyi üstünlükdür;
Excel-də müqayisəli cədvəllər,
hesablamalar və hesabatlar hazırlamaq bacarığı;
İdxal sənədləri,
beynəlxalq çatdırılma və ödəniş şərtləri barədə biliklər;
Qiymət
danışıqları aparmaq, alternativ təklifləri təhlil etmək və əsaslandırılmış seçim təqdim etmək
bacarığı;
Detallara diqqət, məsuliyyətlilik, operativlik və bir neçə
sifarişi eyni vaxtda izləmək bacarığı;
Komanda ilə işləmək və
şöbələrarası koordinasiyanı təmin etmək bacarığı;
Printer, kartric,
toner, ehtiyat hissələri və IT avadanlıqları üzrə məhsul biliyi üstünlükdür.
İş şəraiti
İş qrafiki: 1-5-ci günlər 09:00-18:00
Əməkhaqqı: 600-800 Azn arası. Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən
edilir.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satınalma və xarici təchizat üzrə
mütəxəssis” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
