Vakansiya haqqında
İş yeri: Şabran və Qusar rayonları
Məşğulluq növü: Tam iş günü
Vəzifə öhdəlikləri:
Meyvə bağlarında aqrotexniki işlərin planlaşdırılması, icrası və icrasına
nəzarət;
Bitkilərin inkişaf vəziyyətinin mütəmadi
izlənilməsi;
Suvarma, gübrələmə, budama və bitki mühafizəsi tədbirlərinin
təşkili;
Xəstəlik və zərərvericilərin vaxtında müəyyən edilməsi, mübarizə
tədbirlərinin görülməsi;
Məhsuldarlığın və məhsul keyfiyyətinin
artırılması üzrə təkliflərin hazırlanması;
Görülmüş işlər və bağların
vəziyyəti barədə hesabatların təqdim edilməsi;
Sahə işçilərinin
fəaliyyətinin əlaqələndirilməsi və iş prosesinə nəzarət;
Bağın cari və
uzunmüddətli məhsuldarlığının təmin edilməsi məqsədilə bütün zəruri aqrotexniki tədbirlərin və vəzifə
funksiyalarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
Rəhbərliyin
tapşırığı əsasında digər işlər.
Namizədə tələblər:
Aqronomluq və ya kənd təsərrüfatı sahəsi üzrə ali və ya peşə ixtisas
təhsili;
Meyvəçilik və bağçılıq sahəsində azı 5 il iş təcrübəsi (Quba və
Xaçmaz rayonlarında iş təcrübəsi olan namizədlərə üstünlük verilir);
Müasir aqrotexniki üsullar, gübrələmə, suvarma və bitki mühafizəsi barədə
biliklər;
Şabran və Qusar rayonlarında işləmək və mütəmadi olaraq
təsərrüfat sahələrində olmaq imkanı;
Məsuliyyətlilik, təşkilatçılıq və
komandada işləmək bacarığı.
Şirkət tərəfindən təmin edilir:
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun əmək
müqaviləsi;
Qida təminatı;
Mobil rabitə təminatı;
Stabil və uzunmüddətli iş
imkanı;
Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə
əsasında müəyyən edilir.
Maraqlanan namizədlər mövzu hissəsində “Aqronom” qeyd etməklə
CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
