Vakansiya haqqında
İş yeri –Xırdalan şəhəri, anbar.
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların
şəbəkəsi
Namizədə aid tələblər:
Müvafiq vəzifədə 5 ildən az olmayaraq iş təcrübəsi;
Refrijerator və ya yük avtomobillərinin idarə olunması sahəsində minimum 2 il iş
təcrübəsi;
BC kateqoriyalı sürücülük vəsiqəsi;
Yol hərəkəti qaydalarını və yükdaşınma prinsiplərini yaxşı səviyyədə
bilməsi;
Şəhərdaxili marşrutları yaxşı tanımaq və təhlükəsiz sürücülük
bacarıqlarına malik olmaq;
Komandada işləmək
bacarığı;
Diqqətli, məsuliyyətli, intizamlı və operativ
olmaq;
AR SQ hərbi xidmət keçmiş olması
arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
Mal-materialları qaimələr əsasında anbardan qəbul etmək, say və çeşidini yoxlamaq,
uyğunsuzluqlar barədə rəhbərliyi məlumatlandırmaq;
Malların avtomobilə
düzgün və təhlükəsiz yüklənməsinə və daşınma zamanı zədələnməsinin qarşısının alınmasına nəzarət
etmək;
Gündüz və ya gecə reysləri üzrə refrijerator nəqliyyat vasitəsi
ilə malların mərkəzi anbardan restoranlara müəyyən edilmiş marşrut üzrə vaxtında və təhlükəsiz çatdırılmasını təmin
etmək;
Dondurulmuş, soyudulmuş və quru qida məhsullarının temperatur
rejiminə uyğun şəkildə təhlükəsiz daşınmasını təmin etmək;
Çatdırılma
qrafikinə və marşrut planına riayət etmək, gecikmə və ya digər fövqəladə hallar baş verdikdə dərhal rəhbərliyə
məlumat vermək;
Malları restoranlarda qaimələr əsasında məsul şəxslərə
təhvil vermək və müşayiətedici sənədləri düzgün rəsmiləşdirmək;
Nəqliyyat
vasitəsinin texniki sazlığını, təmizliyini və refrijerator avadanlığının işlək vəziyyətdə olmasını təmin
etmək;
Şirkətə məxsus nəqliyyat vasitəsinin, daşınan mal-materialların və
digər əmlakın qorunmasına məsuliyyətlə yanaşmaq;
Yol hərəkəti
qaydalarına, əməyin mühafizəsi və şirkətin daxili intizam qaydalarına riayət etmək;
Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə
yetirmək.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
6 günlük iş rejimi;
Anbar – Xırdalan
şəhəri;
Əməkhaqqı - 800 Azn, 3 ay sonra
artım.
Müasir idarəetmə sistemi və mehriban
kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Sürücü
(Refrijerator, Yük avtomobili)” qeyd edərək Müraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
