Vakansiya haqqında
Dərman və kimyəvi məhsulların istehsalı ilə məşğul olan müəssisəmizə təcrübəli və
nəticəyönümlü Satış Meneceri tələb olunur.
İş şəraiti
İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00 (Şənbə və Bazar – istirahət
günü)
İş yeri / Ünvan: - Bakı şəhəri, Fatmayi
qəsəbəsi
Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı + Satışdan bonuslar
(Müsahibə əsasında təyin olunur)
Vəzifə öhdəlikləri:
Müəssisənin istehsal etdiyi dərman vasitələrinin şirketlərə satışını təşkil
etmək;
Potensial korporativ müştərilərin (şirkətlər, müəssisələr,
şəbəkələr, xəstəxanalar, təmizlik şirkətləri, topdansatış obyektləri) axtarışı və yeni müştəri bazasının
formalaşdırılması;
Müştərilərlə işgüzar görüşlərin, təqdimatların və
danışıqların keçirilməsi;
Kommersiya təkliflərinin hazırlanması,
müqavilələrin bağlanması və icrasına nəzarət olunması;
Müştəri
tələbatlarının öyrənilməsi və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
Satış planının yerinə yetirilməsi və dövrü hesabatların rəhbərliyə təqdim
edilməsi.
Namizədə verilən tələblər:
Təhsil: Ali təhsil (Kimya, Əczaçılıq, Biznesin idarə edilməsi, Marketing və ya
əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
Təcrübə: Satış sahəsində
minimum 1–3 il iş təcrübəsi;
Müəssisələr, xəstəxanalar, təmizlik
şirkətləri, topdansatış obyektləri və digər korporativ müştərilərlə işləmək bacarığı;
Ünsiyyət, danışıqlar aparmaq və təqdimat etmək bacarıqlarının yüksek səviyyədə
olması;
Müştəri bazasını genişləndirmək və yeni əməkdaşlıqlar qurmaq
qabiliyyəti;
MS Office proqramlarında (Excel, Word, Outlook və s.)
sərbəst işləmək bacarığı;
Nəticəyönümlülük, məsuliyyətlilik və komandada
işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "Satış
Meneceri" qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərmələri və ya əlaqə nömrəsi ilə əlaqə
saxlamaları xahiş olunur.
Əlaqə nömrəsi:+994 (55) 222-97-18
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
