Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Yeni mağazalarda ölçü işlərinin aparılması prosesindən sonra layihənin tərtib
olunması prosesinə başlamaq;
Hər xətt və ölçü detallı şəkildə
incələndikdən sonra yeni mağazanın 2D plan görüntüsünü hazırlamaq və bu planın bəzi mağazalarda sıfırdan, bəzi
mağazalarda isə bərpa edilərək hazırlanmasını təmin etmək;
Obyektdən
götürülmüş ölçülər əsasında hazır ölçü çertyoju (obmer) hazırlayıb təqdim etmək;
Obyektə gedərək tikinti-quraşdırma işlərinin hazırlanmış plana uyğun aparılıb-aparılmadığını
yoxlamaq;
Layihə işlənilən zaman tikinti və yerləşim planlarını özündə
əks etdirmək. İlk öncə yerləşim planını işlədikdən sonra aidiyyəti müvafiq struktura uyğunluğun yoxlanılması üçün
göndərmək və layihənin təsdiqlənməsini təmin etmək
Tələb olunan bilik və bacarıqlar:
Çertyojları düzgün oxumağı və başa düşməyi bacarmalı;
Obyekt və ərazi üzrə düzgün orientasiyası olmalı;
Obyektdə dəqiq ölçülər götürməyi bacarmalı(divar ölçüləri, hündürlüklər, məsafələr və digər
zəruri ölçülər);
Obyektə gedərək bütün lazımi ölçüləri düzgün şəkildə
qeyd etməli və əldə etdiyi məlumatları sistemləşdirə bilməli;
Ərazinin və
obyektin mövcud çertyojlarını proqramda işləyə bilməli, götürülmüş ölçüləri proqram təminatına düzgün şəkildə
köçürməyi bacarmalı;
Tikinti işlərinin layihəyə və verilmiş plana
uyğunluğuna nəzarət etməyi bacarmalı;
DWG proqramını yaxşı səviyyədə
bilməli;
ArchiCAD formatı ilə işləmək bacarığı
arzuolunandır.
Tələb olunan təhsil, iş təcrübəsi:
Təhsil:Ali (Müvafiq sahə üzrə);
Sahə üzrə
minimum 1 il iş təcrübəsi;
Həm Bakı şəhərində, həm də regionlarda
işləməyə açıq olmalı;
Şəxsi avtomobilinin olması tələb
olunur;
Kollektivlə işləmək bacarığı;
Məsuliyyətli, intizamlı və operativ olmaq.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5
gün);
İş saatları:
09:00-18:00;
İş yeri:
Ərazi.
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli
əməkhaqqı;
Peşəkar komanda
mühiti;
Şirkət hesabına
korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə
“Memar”yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə
cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
