Vakansiya haqqında
Təsvir
Təchizatın planlaşdırılması və proqnozlaşdırılması
Şirkətin təchizat zənciri sisteminin fəaliyyətini təşkil etmək, idarə etmək və
mütəmadi olaraq təkmilləşdirmək;
Satış, layihə və servis
departamentlərinin tələbatına əsasən malların təchizatı üzrə qısa, orta və uzunmüddətli planlar
hazırlamaq;
Təchizat müddətlərini (lead time) təhlil etmək və kritik
mövqelər üzrə ehtiyat planları müəyyən etmək.
Satınalma və təchizatçıların idarə edilməsi
Təchizatçıların və xidmət provayderlərinin axtarışı, qiymətləndirilməsi, seçilməsi
və sistemə cəlb edilməsi (onboarding);
Təchizatçılarla qiymət, ödəniş və
çatdırılma şərtləri üzrə danışıqların aparılması, sərfəli kommersiya şərtlərinin əldə edilməsi;
Satınalma sifarişlərinin (PO) yaradılması, təsdiqi və icrasının
izlənməsi;
Çatdırılma müddətlərinə nəzarət; gecikmə və uyğunsuzluqlar
zamanı eskalasiya və bərpa tədbirlərinin görülməsi;
Təchizatçıların
fəaliyyətinin müəyyən edilmiş meyarlar üzrə mütəmadi qiymətləndirilməsi və uzunmüddətli əməkdaşlıq münasibətlərinin
qurulması;
Mal, iş və xidmətlərin satınalınması üzrə müqavilə
layihələrinin və digər standart sənədlərin hazırlanmasında iştirak;
Təchizat müqavilələrinin şərtlərinin logistika və maliyyə riskləri baxımından
təhlili.
İdxal, gömrük və sənədləşmə
Malların gömrük rəsmiləşdirilməsi prosesinin təşkili və gömrük brokerləri ilə
koordinasiya;
İdxal üçün müvafiq dövlət qurumlarından icazələrin —
lisenziya, sertifikat, uyğunluq sənədləri və s. — alınmasının təmin edilməsi;
Nəqliyyat və yükdaşıma sənədlərinin (invoys, packing list, CMR, B/L, mənşə sertifikatı və s.)
düzgün rəsmiləşdirilməsinə nəzarət;
Gömrük qanunvericiliyində
dəyişikliklərin izlənməsi və şirkət proseslərinə vaxtında inteqrasiyası;
Sənəd dövriyyəsinin təşkili, arxivləşdirilməsi və auditə hazır vəziyyətdə
saxlanması.
Logistika və nəqliyyat
Beynəlxalq və daxili daşımaların təşkili, daşıyıcıların seçilməsi və onlarla iş
şərtlərinin müəyyən edilməsi;
Optimal marşrut, nəqliyyat növü və
Incoterms şərtlərinin seçilməsi ilə daşıma xərclərinin optimallaşdırılması;
Logistik proqnozların və planların hazırlanması;
Daşınma və saxlanma zamanı malların salamatlığına nəzarət;
Servis texniklərinə və quraşdırma briqadalarına ehtiyat hissələrinin sürətli və şəffaf
çatdırılması üçün daxili logistika proseslərinin qurulması.
Anbar və ehtiyatların idarə edilməsi
Anbar işinin təşkili, anbar əməliyyatlarına və işçilərin fəaliyyətinə
nəzarət;
Malların qəbulu, yerləşdirilməsi, saxlanması və buraxılışı
proseslərinin standartlaşdırılması;
Ehtiyatların mütəmadi
inventarizasiyasının aparılması, faktiki və uçot göstəriciləri arasında uyğunluğun təmin
edilməsi;
Fasiləsiz təchizat üçün minimum və maksimum ehtiyat həddlərinin
(min/max stock) müəyyən edilməsi;
Hərəkətsiz və ləng hərəkət edən
ehtiyatların (slow-moving / dead stock) müəyyən edilməsi və azaldılması üzrə tədbirlərin
görülməsi;
Saxlanma şərtlərinə və avadanlığın texniki qulluq tələblərinə
riayət olunmasına nəzarət.
Büdcə, xərclər və hesabatlıq
Təchizat zənciri fəaliyyəti üzrə illik büdcənin hazırlanması və onun icrasına
nəzarət;
Satınalma və logistika xərclərinin təhlili, xərclərin
azaldılması üzrə təkliflərin hazırlanması;
Rəhbərlik üçün mütəmadi
analitik hesabatların hazırlanması və təqdim edilməsi.
Risklərin idarə edilməsi və sığorta
Təchizat zəncirində risklərin (təchizatın kəsilməsi, gecikmə, qiymət dalğalanması,
valyuta riski və s.) müəyyən edilməsi və azaldılması;
Avadanlıq, mal və
materialların, həmçinin daşıyıcıların məsuliyyətinin sığortalanmasının təşkili;
Sığorta hadisələri zamanı sənədləşmə və tələblərin (claim) irəli sürülməsi prosesinin idarə
olunması.
Proseslərin təkmilləşdirilməsi
Satınalma sorğusundan malın qəbuluna qədər olan proseslərin sənədləşdirilməsi və
optimallaşdırılması;
Təchizat zəncirinin səmərəliliyini artırmaq üçün
təkmilləşdirmə imkanlarının müəyyən edilməsi və tətbiqi;
ERP sistemində
təchizat modullarının düzgün istifadəsinin təmin edilməsi;
Proseslərdə
dəyişikliklərin həyata keçirilməsi üçün əlaqəli şöbələrin və sahə işçilərinin təlimləndirilməsi.
Tələblər
Təhsil və iş təcrübəsi
Ali təhsil — Logistika, Təchizat Zəncirinin İdarə Edilməsi, Beynəlxalq İqtisadi
Münasibətlər, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə üstünlükdür;
İxtisas üzrə və ya əlaqəli sahələrdə ən azı 3 il iş təcrübəsi;
Texniki avadanlıq, tikinti və ya sənaye sahəsində təchizat təcrübəsi
üstünlükdür.
Peşəkar biliklər
Beynəlxalq və daxili daşımalar sahəsində qanunvericiliyin bilinməsi və beynəlxalq
daşıyıcılarla iş təcrübəsi;
Gömrük qanunvericiliyinin bilinməsi və gömrük
orqanları ilə praktiki iş təcrübəsi;
İcazə və lisenziyaların alınması
prosesinin bilinməsi;
Nəqliyyat və yükdaşıma sənədlərinin
rəsmiləşdirilməsi prosesinin bilinməsi;
Incoterms şərtlərinin
bilinməsi;
Sənəd dövriyyəsinin əsaslarının
bilinməsi;
Ehtiyatların idarə edilməsi metodikaları üzrə
bilik.
Texniki bacarıqlar
MS Office proqramları üzrə yüksək səviyyədə bilik
ERP sistemlərində iş təcrübəsi;
Analitik
hesabatların hazırlanması bacarığı.
Dil bilikləri
Azərbaycan dili — əla;
İngilis dili —
peşəkar səviyyədə (yazılı və şifahi);
Rus dili — peşəkar səviyyədə
(yazılı və şifahi);
Şəxsi və peşəkar keyfiyyətlər
Analitik və sistemli təfəkkür;
Danışıqlar
aparmaq və problemləri həll etmək bacarığı;
Planlaşdırma və
prioritetləşdirmə bacarığı, eyni anda bir neçə prosesi idarə etmək qabiliyyəti;
Detallara diqqət və yüksək məsuliyyət hissi;
Müstəqil işləmə bacarığı, təşəbbüskarlıq və nəticəyönümlülük;
Komanda ilə səmərəli işləmə və şöbələrarası kommunikasiya bacarığı.
Beynəlxalq sertifikatlar (üstünlükdür)
Beynəlxalq sertifikatlardan hər hansı birinin olması namizədin əlavə üstünlüyü kimi
qiymətləndiriləcək:
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Parking və yanacaq xərcləri
Könüllü tibbi
sığorta
korporativ nömrə ilə təmin olunur
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
