Vakansiya haqqında
Şirkət haqqında: 2016-cı ildən fəaliyyət göstərən Bukhalternative MMC mühasibatlıq, vergi
və maliyyə məsləhəti sahəsində ixtisaslaşmış peşəkar konsalting şirkətidir. Müştərilərimizə göstərilən xidmətlərin
dəqiqliyini və yüksək keyfiyyətini təmin etmək məqsədilə komandamıza məsuliyyətli və təcrübəli "Vergi üzrə
mütəxəssis" axtarırıq.
İş öhdəlikləri:
Maliyyə hesabatlarının (Balans, Gəlir və xərclər, Pul axını / Cash Flow və s.)
hazırlanması, təhlili və dəqiqliyinin təmin edilməsi;
Vergi
bəyannamələrinin (ƏDV, Mənfəət, Gəlir vergisi, Sosial sığorta/DSMF və s.) dəqiq hazırlanması və müvafiq dövlət
orqanlarına vaxtında təqdim edilməsi;
Kameral vergi yoxlamalarını həyata
keçirmək, bəyannamələrin düzgünlüyünü yoxlamaq, xətaları müəyyən edərək düzəlişlər etmək və dövlət orqanları ilə
müvafiq yazışmaları icra etmək;
Vergi yoxlamaları üçün tələb olunan
maliyyə və mühasibat məlumatlarını hazırlamaq;
Aylıq, rüblük və illik
maliyyə hesabatlarının rəhbərliyə vaxtında təqdim olunması;
Mal
qalığına müntəzəm nəzarət etmək;
Rəhbərliyin verdiyi digər əlaqədar
tapşırıq və vəzifələri yerinə yetirmək.
Namizədə tələblər:
Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali
təhsil;
Müvafiq sahə üzrə minimum 2 il iş
təcrübəsi;
Azərbaycan Respublikası Vergi Məcəlləsini yüksək səviyyədə
bilmək;
Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı
üzrə yüksək səviyyədə səriştəyə malik olmaq;
Güclü analitik düşüncə,
problem həll etmə və qərarvermə bacarıqları.
İş şəraiti:
İş rejimi: 5 günlük (09:00 - 18:00);
Ünvan: Bakı şəhəri, 28 May (Kövkəb Səfərəliyeva küç.);
Əməkhaqqı: Rəqabətədavamlıdır (müsahibə zamanı müzakirə olunacaq).
Təklif edirik:
Müxtəlif sahələr üzrə praktiki təcrübə;
Stabil və uzunmüddətli əməkdaşlıq;
Peşəkar
inkişaf və təlim imkanları;
Korporativ iş mühiti və dəstəkləyici
komanda.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
