Vakansiya haqqında
Şirkət hazırda korporativ müştərilərə də geniş seçim əsasında xidmət göstərir. Hazırda
komandamıza dinamik, özünəgüvənən satış menecerlərini axtarırıq.
Öhdəliklər
Yeni korporativ müştərilərin axtarışı, potensial müştəri bazasının
genişləndirilməsi
Mövcud müştərilərlə davamlı əlaqələrin saxlanılması və
inkişaf etdirilməsi
Müştəri ehtiyaclarının öyrənilməsi və onlara uyğun
həllərin təklif edilməsi
Şirkətin məhsul və xidmətlərini korporativ
müştərilərə təqdim etmək
Satış təqdimatları, görüşlər, təqdimatların
hazırlanması və keçirilməsi
Qiymət təkliflərinin hazırlanması, müqavilə
şərtlərinin razılaşdırılması
Satış planının yerinə yetirilməsi, aylıq və
rüblük satış hədəflərinə nail olunması
Bazar trendlərini
izləmək
Müştəri davranışlarını və trendləri analiz edərək satış
strategiyasına töhfə vermək
Satış fəaliyyətləri barədə
gündəlik/həftəlik/aylıq hesabatların hazırlanması
CRM sistemində
məlumatların dəqiq və vaxtında yenilənməsi
Müştəri sorğularını
cavablandırmaq, şikayətləri operativ şəkildə həll etmək
Brend
standartlarına uyğun təqdimat və davranış
Şirkəti tədbirlərdə, sərgilərdə
və biznes görüşlərində peşəkar şəkildə təmsil etmək
Tələblər
Təcrübə: Satış üzrə minimum 2 il (Korporativ satış sahəsində
minimum 1 il olmaqla)
Dil
bilikləri: Azərbaycan dili (səlis şifahi və yazılı), ingilis dili və rus dili (orta səviyyədə şifahi
və yazılı) arzu olunandır
Ünsiyyət
bacarığı: İşgüzar ünsiyyət etikası, səlis və inandırıcı danışıq bacarığı, təqdimat bacarığı,
etirazlarla işləmə və əsaslandıra bilmək bacarığı.
Biz nə təklif edirik?
Əmək haqqı: 700-850 AZN (bacarıqlara əsasən) sabit əmək haqqı + hədəf əsaslı
satış bonusları + performans əsaslı KPI bonusları;
Korporativ nömrə və
noutbuk
5 günlük iş həftəsi
CV-lərinizi “Mövzu” hissəsində ”Satış meneceri” qeyd etməkləMüraciət etdüyməsində qeyd
olunan e-mail ünvanına göndərməyiniz xahiş olunur. Öz tərcümeyi-halında satış sahəsində təcrübə və dil
bilikləri üzrə tələbləri qarşılayan namizədlərə geridönüş ediləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
