Vakansiya haqqında
İş yeri: “Azerbaijan Green Energy Company” MMC, Port Baku Tower
1
İş rejimi: Tam ştat
Hesabat verir: Direktor və Menecer
Vəzifə öhdəlikləri
Satınalma Strategiyasının Planlaşdırılması və İdarə Edilməsi
Layihənin satınalma strategiyasını, planını və qrafikini hazırlamaq və icrasını
idarə etmək.
Layihənin ehtiyaclarına uyğun satınalma tələblərini və
prioritetlərini müəyyən etmək.
Satınalma proseslərinin layihə
büdcəsi, qrafiki və texniki tələblərə uyğun həyata keçirilməsini təmin etmək.
Satınalma risklərini müəyyənləşdirmək və onların azaldılması üzrə tədbirlər
hazırlamaq.
Tender və Təkliflərin İdarə Edilməsi
EPC podratçıları, avadanlıq istehsalçıları, təchizatçılar və xidmət təminatçıları
üçün tender sənədlərinin hazırlanmasını və koordinasiyasını həyata keçirmək.
Potensial təchizatçı və podratçıların bazar araşdırmasını və ilkin qiymətləndirilməsini
aparmaq.
Tender təkliflərinin kommersiya və texniki aspektlər üzrə
qiymətləndirilməsini koordinasiya etmək.
Tender nəticələri üzrə
müqayisəli təhlillər və satınalma tövsiyələri hazırlamaq.
Təchizatçılarla kommersiya danışıqlarında iştirak etmək və optimal şərtlərin əldə olunmasına
dəstək olmaq.
Müqavilələrin İdarə Edilməsi
Satınalma müqavilələrinin hazırlanması, razılaşdırılması və icrasını koordinasiya
etmək.
Müqavilə şərtlərinin, ödəniş qrafiklərinin, çatdırılma
müddətlərinin və digər kommersiya öhdəliklərinin icrasına nəzarət etmək.
Müqavilələr üzrə dəyişiklikləri, əlavə işləri, iddiaları və digər kommersiya məsələlərini
idarə etmək.
Müqavilə öhdəliklərinin layihənin tələblərinə uyğun
yerinə yetirilməsini təmin etmək.
Təchizatçıların İdarə Edilməsi və Koordinasiya
Təchizatçı və podratçıların fəaliyyətini izləmək və onların layihə tələblərinə
uyğunluğunu təmin etmək.
Avadanlıq və materialların sifariş,
istehsal, çatdırılma və qəbul proseslərini koordinasiya etmək.
Təchizatçıların performansını, keyfiyyətini və çatdırılma müddətlərini monitorinq
etmək.
Layihə, mühəndislik, maliyyə, hüquq və tikinti komandaları
ilə satınalma məsələləri üzrə sıx əməkdaşlıq etmək.
Büdcə və Kommersiya İdarəetməsi
Layihə üzrə satınalma büdcəsinin hazırlanmasına və nəzarətinə dəstək
olmaq.
Satınalma xərclərini, müqavilə dəyərlərini və ödənişləri
izləmək.
Qiymət təkliflərini təhlil etmək və layihə üçün kommersiya
baxımından səmərəli həllərin müəyyən edilməsində iştirak etmək.
Satınalma üzrə qənaət imkanlarını müəyyənləşdirmək və müvafiq təkliflər
hazırlamaq.
Logistika və Çatdırılmanın Koordinasiyası
Avadanlıq və materialların vaxtında çatdırılmasını təmin etmək məqsədilə logistika
proseslərini koordinasiya etmək.
Təchizatçı, logistika şirkətləri,
anbar və sahə komandaları arasında koordinasiyanı təmin etmək.
Kritik avadanlıq və materialların çatdırılma qrafiklərini izləmək və gecikmə risklərini
əvvəlcədən müəyyən etmək.
Gömrük, idxal və digər logistika
məsələlərinin aidiyyəti tərəflərlə koordinasiyasını həyata keçirmək.
Hesabatlılıq və Maraqlı Tərəflərlə Əlaqə
Satınalma prosesinin statusu, müqavilələr, tenderlər, çatdırılmalar və risklər üzrə
mütəmadi hesabatlar hazırlamaq.
Layihə rəhbərliyini satınalma
prosesinin gedişi və potensial risklər barədə məlumatlandırmaq.
Təchizatçılar, podratçılar və digər maraqlı tərəflərlə effektiv işgüzar münasibətləri təmin
etmək.
Satınalma proseslərinin şirkətin daxili prosedurlarına və
tətbiq olunan qanunvericiliyə uyğunluğunu təmin etmək.
Namizədə tələblər
· Mühəndislik, Təchizat/Satınalma, Biznesin İdarə Edilməsi, Maliyyə və ya əlaqədar
sahə üzrə bakalavr dərəcəsi;
· Layihə satınalması, EPC, tikinti, enerji
və ya əlaqəli sahələrdə 3+ illik iş təcrübəsi;
· Tender,
satınalma və müqavilələrin idarə edilməsi üzrə güclü biliklər;
·
Kommersiya danışıqları və təchizatçıların idarə edilməsi üzrə təcrübə;
·
MS Office proqramlarında, xüsusilə Excel proqramında peşəkarlıq;
· Azərbaycan və ingilis dillərini mükəmməl səviyyədə bilmək;
· Multidissiplinar layihə mühitində işləmək və müxtəlif komandalarla effektiv əməkdaşlıq etmək
bacarığı;
· Güclü analitik, təşkilati və danışıqlar aparmaq
bacarıqları;
· Yüksək məsuliyyətlilik və detallara
diqqət.
Maraqlanan namizədlər öz CV və müşayiətedici məktublarını, mövzu
hissəsində vakansiyanın adını göstərməklə,Müraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərməlidirlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
