Vakansiya haqqında
Fred’s English komandamıza təhsil sahəsində idarəetmə bacarıqlarına malik, təşəbbüskar,
məsuliyyətli və nəticəyönümlü Baş menecer axtarırıq! Ayliq maas 2000+ azn
Namizədimiz tədris mərkəzinin gündəlik fəaliyyətinin idarə olunmasını, komandanın
koordinasiyasını və xidmət keyfiyyətinin yüksəldilməsini təmin edəcək.
Əsas vəzifə və öhdəliklər (Responsibilities)
Tədris mərkəzinin gündəlik fəaliyyətinin və inzibati proseslərinin idarə
edilməsi;
Müəllimlər, inzibati heyət və digər əməkdaşların işinin
koordinasiyası;
İş proseslərinin planlaşdırılması, tapşırıqların
bölüşdürülməsi və icrasına nəzarət;
Tədris proqramlarının keyfiyyətinə və
tədris standartlarına riayət olunmasına nəzarət;
Şagird və valideyn
məmnuniyyətinin təmin edilməsi, müraciət və problemlərin operativ həlli;
Yeni şagirdlərin cəlb edilməsi, qeydiyyat prosesinin və tələbə bazasının idarə
olunması;
Müəllimlərin seçilməsi, işə qəbulu və fəaliyyətinin
qiymətləndirilməsində iştirak;
Mərkəzin inkişaf strategiyasının
hazırlanması və həyata keçirilməsinə dəstək;
Satış, qeydiyyat və xidmət
göstəricilərinin təhlili, aylıq hesabatların hazırlanması;
Marketinq və
sosial media komandası ilə əməkdaşlıq edərək reklam və tanıtım fəaliyyətlərinin
əlaqələndirilməsi;
Cambridge English proqramları, IELTS, SAT və digər
təhsil istiqamətləri üzrə işlərin koordinasiyası;
Beynəlxalq yay
məktəbləri, təhsil layihələri və tədbirlərin təşkilində iştirak;
Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi və inkişaf təkliflərinin
verilməsi.
Namizədə tələblər (Requirements)
Ali təhsil;
İdarəetmə, təhsil və ya
müvafiq sahədə iş təcrübəsi;
Komanda idarəetməsi və liderlik
bacarıqları;
Güclü təşkilatçılıq, planlaşdırma və problem həll etmə
bacarıqları;
Yüksək kommunikasiya və interpersonal
bacarıqlar;
Microsoft Office və rəqəmsal iş alətlərindən istifadə
bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazı
bacarığı;
İngilis dili biliyi — üstünlükdür;
Məsuliyyətlilik, təşəbbüskarlıq, operativlik və nəticəyönümlülük;
Eyni zamanda bir neçə prosesi idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək
bacarığı.
Bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi mövzu hissəsində “Baş menecer
vakansiyası” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Ünvan: Caspian Business Centre
Komandamıza qoşulun və təhsildə keyfiyyətin, inkişafın və uğurun bir hissəsi
olun!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
