Vakansiya haqqında
Vəzifə
öhdəlikləri:
Məhsullar üzrə satış qiymətlərinin və marja
hesablamalarının hazırlanmasını və düzgünlüyünə nəzarəti təmin etmək;
Təchizatçılarla bağlanmış müqavilələr üzrə kommersiya
şərtlərini maliyyə baxımından təhlil etmək və müqavilə reyestrini idarə etmək;
Təchizatçı bonusları (rebate), marketinq dəstəkləri və
digər kommersiya gəlirlərinin hesablanmasını, izlənilməsini və uçotunun düzgün aparılmasını təmin
etmək;
Trade spend, promo
xərcləri və digər kommersiya investisiyalarının səmərəliliyini təhlil edərək rəhbərliyə analitik hesabatlar təqdim
etmək;
Məhsul, kateqoriya,
mağaza və təchizatçı üzrə gəlirlilik (profitability) analizlərini hazırlamaq və nəticələr əsasında təkliflər
vermək;
Satış, marja, bonus
və digər kommersiya göstəriciləri üzrə dövri maliyyə və idarəetmə hesabatlarını
hazırlamaq;
Büdcə, proqnoz
(forecast) və maliyyə modellərinin hazırlanmasında iştirak etmək;
Qiymət dəyişiklikləri, bonus razılaşmaları və
kommersiya məlumatları üzrə daxili nəzarət mexanizmlərinin tətbiqini və icrasını təmin
etmək;
Kommersiya
göstəricilərini mütəmadi izləyərək riskləri müəyyən etmək və onların aradan qaldırılması ilə bağlı təkliflər
hazırlamaq;
Satınalma,
Maliyyə, Kateqoriya İdarəetməsi və digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə çalışaraq analitik dəstək
göstərmək;
Rəhbərlik
tərəfindən verilən digər analitik və maliyyə nəzarəti ilə bağlı tapşırıqları vaxtında və keyfiyyətlə yerinə
yetirmək.
Namizədə
tələblər:
Ali təhsil – İqtisadi, Maliyyə və ya biznes istiqamətli;
Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi (Business Controlling, Commercial Finance,
Maliyyə Analitikası və ya Kommersiya Analitikası sahəsində təcrübəyə üstünlük verilir);
Yaxşı səviyyədə MS Excel biliyi olmalı
Analitik
düşüncə, Komandada işləmək bacarığı.
Maliyyə və Mühasibatlıq sahəsi üzrə
sertifikatların (ACCA) olması mütləqdir.
Digər
məlumatlar:
Nahar və servis ilə təmin
edilmə
Əmək bazarına uyğun
rəqabətli əmək haqqı
5
günlük tam iş qrafiki
Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər
“Biznesə nəzarət üzrə Bölmə müdiri (Kommersiya analitiki)” adını mövzu hissəsində qeyd etməklə CV
formalarınıMüraciət
etdüyməsində qeyd olunan
elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
