Vakansiya haqqında
BOKT “INTERNATIONAL” ASC Filialların idarə edilməsi və satış
departamentinin Analitika şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vəzifəsinə işçi qəbulu
elan edir
Əsas vəzifə öhdəlikləri:
Filialların fəaliyyət göstəricilərinin gündəlik, həftəlik və aylıq əsasda təhlilini
aparmaq;
Faktiki göstəricilərin plan və əvvəlki dövrlərin nəticələri ilə
müqayisəli təhlilini aparmaq, kənarlaşmaları müəyyən etmək və səbəblərini araşdırmaq;
Filialların fəaliyyət nəticələri üzrə gündəlik, həftəlik, aylıq və rüblük analitik
hesabatların hazırlanmasında iştirak etmək;
Filialların satış
dinamikasını, məhsuldarlığını və fəaliyyət səmərəliliyini təhlil etmək, inkişaf imkanlarını
müəyyənləşdirmək;
Filialların fəaliyyət göstəriciləri əsasında müxtəlif
analitik hesabatlar və təqdimatlar hazırlamaq;
Aşkar edilmiş məlumat
uyğunsuzluqları və kənarlaşmalarla bağlı aidiyyəti struktur bölmələrlə koordinasiya aparmaq;
Filialların fəaliyyətinin və satış nəticələrinin yaxşılaşdırılması ilə bağlı analitik
əsaslandırılmış təkliflər hazırlamaq;
Yeni məhsul, satış kampaniyası,
motivasiya və digər layihələrin nəticələrinin analitik qiymətləndirilməsində iştirak
etmək;
Rəhbərliyin və şöbə rəhbərinin tapşırıqları əsasında xüsusi
analitik təhlillər və hesabatlar hazırlamaq.
Namizədə tələblər:
Maliyyə, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üzrə ali
təhsil;
Bank və ya bank olmayan kredit təşkilatında Analitika,
satış və ya kredit sahəsində iş təcrübəsi;
Kredit məhsulları,
kredit riskləri və satış prosesləri üzrə biliklər;
Analitik
hesabatların hazırlanması və məlumatların vizuallaşdırılması bacarığı
Analitik düşünmə, məsuliyyətlilik və qərarvermə qabiliyyəti;
Komandada işləmək və müxtəlif struktur bölmələri ilə effektiv
kommunikasiya qurmaq bacarığı;
Azərbaycan dilində sərbəst danışıq və
yazı bacarığı
MS Office proqramlarında sərbəst işləmək
bacarığı.
Şirkət təklif edir:
Rəqabətqabiliyyətli əmək haqqı;
Bonus və
motivasiya sistemi;
Əmək qanunvericiliyinə uyğun
rəsmiləşdirmə;
Peşəkar inkişaf və karyera yüksəlişi
imkanları;
İş qrafiki:
Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Maraqlanan namizədlərdən CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu
hissəsində “Analitika şöbənin mütəxəssisi/aparıcı mütəxəssisi/baş mütəxəssisi”qeyd etməklə
göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
