Vakansiya haqqında
Honours Academy-nin YouTube, Instagram, Facebook və LinkedIn hesablarını idarə edəcək,
ekspert və təhsil kontentinin hazırlanmasında iştirak edəcək SMM mütəxəssisi axtarırıq. Bu rolda əsas məsuliyyətiniz
maliyyə təhsili, peşəkar kvalifikasiyalar, təlim proqramları və tələbə nailiyyətlərini auditoriyaya aydın, maraqlı
və etibarlı formada təqdim etmək olacaq.
Əsas vəzifələr:
Kontent strategiyasına uyğun aylıq paylaşım planı hazırlamaq və icra
etmək;
Auditoriyanın suallarını və maraqlarını araşdıraraq proqram
seçimi, maliyyə təhsili və karyera mövzularında kontent ideyaları təklif etmək;
Content Strategist & Creative Producer ilə ekspert videoları, müsahibələr, tələbə
hekayələri və proqram təqdimatları hazırlamaq;
Təlimçi və ekspertlərdən
kontent üçün məlumat toplamaq, texniki məzmunun müvafiq ekspert tərəfindən yoxlanmasını koordinasiya
etmək;
Copywriter ilə birlikdə ssenari, müsahibə sualları və paylaşım
mətnləri üzərində işləmək;
Təsdiqlənmiş məkan, səhnə və kadr planına
uyğun çəkilişləri həyata keçirmək;
Motion və qrafik dizaynerlər üçün
kontentin məqsədini, strukturunu və tələb olunan formatları göstərən briflər hazırlamaq;
Videoların subtitr, ad, rəqəm və proqram məlumatlarını yoxlamaq, düzəlişləri koordinasiya
etmək;
YouTube videolarının başlıq, təsvir, bölmələr və üz qabığı üzrə
hazırlanmasını təşkil etmək;
Kontenti Instagram, Facebook, LinkedIn və
YouTube-un xüsusiyyətlərinə uyğunlaşdırmaq və paylaşmaq;
Uzun videolardan
qısa kontent hazırlanmasını planlaşdırmaq, HA TikTok üzrə məsul
SMM ilə
material mübadiləsi aparmaq;
Kontentin nəticələrini izləmək, işləyən
mövzu və formatları müəyyənləşdirərək təkmilləşdirmə təklifləri vermək;
Namizədə tələblər:
Sosial media hesablarının idarə edilməsi və kontent hazırlanması üzrə praktik
təcrübə;
Instagram, Facebook, LinkedIn və YouTube üçün fərqli təqdimat
yanaşmalarını anlamaq;
Mürəkkəb mövzuları araşdırmaq və auditoriyaya
sadə, dəqiq və maraqlı formada təqdim etmək bacarığı;
Ekspert və
təlimçilərlə işləmək, düzgün suallar vermək və məlumatı strukturlaşdırmaq bacarığı;
Çəkiliş zamanı kadr kompozisiyası, işıq və səsin əsas prinsiplərini tətbiq etmək
bacarığı;
Dizayner və video editor üçün aydın brif hazırlamaq
bacarığı;
Azərbaycan dilində güclü yazılı və şifahi
ünsiyyət;
İngilis dilində mənbələri araşdırıb anlamaq
bacarığı;
Məlumatın düzgünlüyünə və detallara
diqqət;
Planlı işləmək, geribildirimi tətbiq etmək və son tarixlərə
riayət etmək;
Görülmüş işləri və həmin işlərdə şəxsi rolunu göstərən
portfolio.
Üstünlük veriləcək:
Təhsil, maliyyə və ya peşəkar xidmətlər sahəsində kontent
təcrübəsinə;
ACCA, CFA və digər maliyyə kvalifikasiyaları haqqında ilkin
məlumatlılığa;
YouTube kanalı və LinkedIn səhifəsi idarə etmək
təcrübəsinə;
Video analitikası və auditoriyanın izləmə davranışı ilə
işləmək bacarığına;
ClickUp və ya oxşar layihə idarəetmə alətlərindən
istifadə təcrübəsinə.
Komandada iş bölgüsü:
Kontent strategiyası və çəkilişin yaradıcı istiqaməti Content Strategist &
Creative Producer tərəfindən yönləndirilir. SMM mütəxəssisi kontentin hazırlanmasını koordinasiya edir, çəkilişi
həyata keçirir və kanalları idarə edir.
Mürəkkəb montaj, animasiya və
dizayn işləri müvafiq dizaynerlər tərəfindən görülür. Premiere
Pro və
After Effects proqramlarında peşəkar işləmək bu vəzifə üçün məcburi tələb deyil.
Kamera qarşısında təlimçilər, tələbələr və ya ayrıca iştirakçılar yer alır. DM və şərhlərin
cavablandırılması satış komandası tərəfindən həyata keçirilir.
Vəzifə
birbaşa Marketing Lead-ə tabedir.
İş qrafiki:
Həftədə 5 iş günü və 2 istirahət günü;
Əsas iş saatları: 10:00–19:00;
İş və istirahət
günləri çəkiliş, tədbir və layihə planına uyğun müəyyən edilir. Şənbə və bazar günləri iş günü ola bilər; bu halda
istirahət günləri həftəiçinə təyin edilir;
Kampaniya, tədbir və xüsusi
layihə dövrlərində iş qrafikində ehtiyaca uyğun dəyişiklik edilə bilər.
Əməkhaqqı:
Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma
əsasında müəyyən ediləcəkdir.
CV, qısa motivasiya məktubu və portfolio linkinizi mövzu hissəsində “SMM Specialist —
Honours Academy” qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Portfolioda təqdim etdiyiniz işlərdə araşdırma, ideya, çəkiliş, kontentin hazırlanması və
hesab idarəçiliyi üzrə şəxsi rolunuzu qısa şəkildə qeyd edin.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
