Vakansiya haqqında
PulsMed MMC şirkətinin portfelinə daxil olan laboratoriya diaqnostikası, tibbi
avadanlıqlar, reagentlər və sərf materialları üzrə istifadəçi təlimlərinin təşkili, cihazların istifadəyə verilməsi
və müştərilərə yüksək səviyyəli texniki-aplikasiya dəstəyinin göstərilməsi istiqamətində fəaliyyət göstərəcək
peşəkar komanda üzvü axtarırıq.
İş şəraiti
İşəgötürən: PulsMed MMC
İş yeri: Bakı
İş
rejimi: 5 günlük (09:00–18:00)
Əmək haqqı:
Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Əsas vəzifə öhdəlikləri və gözləntilər
Tibbi laboratoriya avadanlıqlarının quraşdırılması və istifadəyə verilməsi
prosesində iştirak etmək.
İstifadəçi təlimlərini təşkil etmək və
keçirmək.
Texniki və tətbiqi sorğuları
cavablandırmaq.
Məhsul təqdimatları və seminarlar
keçirmək.
Xarici istehsalçıların təlimlərində iştirak
etmək.
Region və xarici ezamiyyətlərdə iştirak
etmək.
Rəhbərliyin digər tapşırıqlarını yerinə
yetirmək.
Tələb olunan bilik və bacarıqlar
Ali təhsil (Laborator diaqnostika, biologiya, tibb və ya əlaqəli
sahələr).
Laboratoriya avadanlıqları üzrə təcrübə
üstünlükdür.
Təlim və təqdimat bacarığı.
MS Office bilikləri.
İngilis dili, rus dili
üstünlükdür.
Komandada işləmək və məsuliyyətlilik.
Təklif olunan üstünlüklər
Korporativ təlim və inkişaf imkanları.
Xarici istehsalçıların təlimlərində iştirak.
Karyera yüksəlişi və bonus imkanları.
Yerli və
beynəlxalq tədbirlərdə iştirak.
Namizədlər şəkilli CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan eıektron poçt ünvanına mövzu hissəsində
vəzifənin adını qeyd etməklə göndərə bilərlər.
Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan müraciətlərə baxılmayacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
