Vakansiya haqqında
İş şəraiti
İş yeri: Bakı, ofisdaxili
İş qrafiki: Full-time (5 və 6 günlük iş qrafiki)
Əməkhaqqı: Müsahibə əsasında təyin olunur
İş barədə məlumat:
PRİVE komandası müştərilərlə peşəkar ünsiyyət qurmağı bacaran, məsuliyyətli,
diqqətli və operativ işləyən Operator axtarır!
Əsas vəzifələr:
Daxil olan zənglərin, mesajların və müraciətlərin operativ
cavablandırılması;
Müştərilərə PRİVE platforması və xidmətləri haqqında
ətraflı və dəqiq məlumatın verilməsi;
Müştərilərin suallarının
cavablandırılması və lazımi şöbələrə yönləndirilməsi;
Müştəri
müraciətlərinin daxili sistemdə qeydiyyata alınması və izlənilməsi;
Yüksək səviyyədə müştəri məmnuniyyətinin təmin edilməsi.
Namizədə olan tələblər:
Səlis və aydın nitq qabiliyyəti;
Yüksək
ünsiyyət və danışıq bacarığı;
Azərbaycan dilində sərbəst danışıq (Rus və
ingilis dili bilikləri üstünlükdür);
Kompüterdən və standart ofis
proqramlarından sərbəst istifadə bacarığı;
Məsuliyyətli, diqqətli və
operativ olmaq;
Komandada işləmək bacarığı.
Təklif edirik:
Rahat və dinamik iş mühiti;
Müsahibə
əsasında təyin olunan stabil əməkhaqqı ;
Peşəkar və şəxsi inkişaf
imkanı
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində
“Operator” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
