Vakansiya haqqında
İş yeri: Göygöl rayonu
İş növü:Tam ştat
İş qrafiki: Gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq
şərtilə həftə içi 5 gün
Əsas vəzifə öhdəlikləri:
Ətraf mühitin mühafizəsi sahəsində siyasətin və prosedurların
tətbiqi:
Müvafiq qanunvericilik və daxili normativ sənədlərə uyğun olaraq ətraf mühitin
mühafizəsi üzrə tərtib edilmiş prosedurların gündəlik fəaliyyətlərdə düzgün tətbiqi istiqamətində müvafiq tədbirlər
planının işlənməsində, bu tədbirlərin yerinə yetirilməsi, hesabatların hazırlanmasında iştirak
etmək;
Səlahiyyətləri çərçivəsində ətraf mühitə zərərli fiziki təsirləri
tənzimləyən tələb və normaların təmin olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
Müəssisənin fəaliyyətinə uyğun ekoloji aspektlərin müəyyən edilməsində və
qiymətləndirilməsində iştirak etmək, yüksək əhəmiyyətli qiymətləndirilmiş ekoloji aspektlər üzrə idarəetmə
proqramının hazırlanmasında iştirak etmək, ekoloji şəraitin yaxşılaşdırılması üzrə təkliflər vermək və onların
icrasına nəzarət etmək.
Audit və təftiş:Sahədə aparılan
audit işlərində və təftişlərdə iştirak etmək, həmçinin yoxlamalar zamanı məlumat toplamaq, aşkar edilən məsələləri
qeydə almaq və nəticələrin sənədləşdirilməsini yerinə yetirmək.
Uyğunsuzluqların idarəolunması:Aşkar olunmuş uyğunsuzluqlar ilə bağlı
həlledici təkliflər vermək, göstərişlər tərtib etmək, icra vəziyyətini izləmək və nəticələr barədə rəhbərliyə
məlumat vermək.
Təlim və təlimatlandırma:İlkin, təkrar
və plandankənar təlimatlandırmaların təşkilinə dəstək vermək.
Hadisələrin araşdırılması:Qəza və insidentlərin araşdırılması prosesində
iştirak etmək, ilkin məlumatların toplanmasını həyata keçirmək və yekun hesabatların hazırlanmasını təmin
etmək.
Monitorinq və hesabatlılıq:
Səlahiyyətləri çərçivəsində layihənin fəaliyyəti nəticəsində ətraf mühitin
çirklənməsinin qarşısının alınması məqsədilə ekoloji monitorinqin keçirilməsində və nəticələrə dair hesabatların
hazırlanmasında iştirak etmək və kənara çıxma olduğu halda aidiyyəti üzrə təkliflər vermək;
Ekoloji normativ və digər ətraf mühitin mühafizəsi ilə bağlı texniki sənədlərin tərtib
edilməsində iştirak etmək;
Səlahiyyətləri çərçivəsində ətraf mühitə
zərərli fiziki təsirləri tənzimləyən tələb və normaların təmin olunmasına nəzarətin həyata keçirilməsində iştirak
etmək;
Müəssisənin fəaliyyəti nəticəsində formalaşan tullantılar üzrə
hesabatların aparılmasında və tullantıların idarə edilməsində iştirak etmək.
Fövqəladə hallara hazırlıq:Fövqəladə hallara cavab tədbirlərinin həyata
keçirilməsində iştirak etmək.
Kommunikasiya və
məlumatlandırma:İşçilər və podratçılar arasında ətraf mühitin mühafizəsinə dair tələblər üzrə
maarifləndirmə işlərinə dəstək vermək.
Podratçılara nəzarətdə iştirak:
Podratçı və təchizatçıların ətraf mühitin mühafizəsinə dair tələblər əsasında
işlərinin təşkilinə nəzarət etmək;
Layihə çərçivəsində podratçı
şirkətlərin aidiyyəti üzrə məsul şəxslərin əhəmiyyətli ekoloji aspektlərlə və müvafiq daxili qaydalarla tanış
edilməsini təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində biliklərinin olması
arzuolunandır;
MS Office proqramlarını yaxşı səviyyədə
bilməli;
Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində
qanunvericiliyin tələbləri və digər normativ sənədlər üzrə bilikləri olmalıdır;
Tətbiq olunan ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq standartlar üzrə biliklər və ən
yaxşı sənaye təcrübələri haqqında güclü anlayış arzu olunandır.
Tələb olunan təhsil:
Ali təhsil : Ekoloji mühəndislik, Ətraf mühitin idarə edilməsi, Ekologiya,
Mühəndislik ixtisasları üzrə
Tələb olunan iş təcrübəsi:
Ətraf mühitin mühafizəsi sahəsində 2 illik təcrübə
Əmək haqqı və əlavə imtiyazlar:
Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən
edilir.
Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda)
iştirak etmək imkanı yaradılır.
Əməkdaşlara idmanla məşğul olmaq üçün
müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
Nəqliyyat
xidməti.
Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
