Vakansiya haqqında
“StudyLab” Təhsil Mərkəzi Digital Marketing & AI Content
Manager vəzifəsi üzrə vakansiya elan edir!
“StudyLab” təhsil mərkəzinin rəqəmsal platformalarda inkişafını təmin etmək, sosial media
kanallarını peşəkar şəkildə idarə etmək, auditoriyanı genişləndirmək, şirkətin xidmət və məhsullarının effektiv
tanıtımını həyata keçirmək və müasir AI texnologiyalarından istifadə etməklə digital marketinq fəaliyyətini inkişaf
etdirmək.
İş barədə məlumat:
Şirkətin Digital Marketing və Social Media strategiyasını hazırlamaq və həyata
keçirmək;
Instagram, TikTok, Facebook və digər aktual sosial media
platformalarını idarə etmək və inkişaf etdirmək;
Şirkətin müxtəlif xidmət
və məhsul istiqamətləri üzrə kontent-plan hazırlamaq;
Reels, Stories,
postlar və digər rəqəmsal kontentin hazırlanmasını və paylaşılmasını təmin etmək;
Sosial şəbəkələrdə auditoriyanın, baxışların, engagement və müraciətlərin artırılması
istiqamətində sistemli şəkildə işləmək;
Meta Business Suite / Meta Ads
Manager vasitəsilə reklam kampaniyalarını hazırlamaq, idarə etmək və optimallaşdırmaq;
Reklam kampaniyalarının nəticələrini və əsas göstəricilərini təhlil
etmək;
ChatGPT, Claude, Gemini və digər müasir AI alətlərindən kontent,
araşdırma, ideya, mətn, vizual və marketinq materiallarının hazırlanmasında effektiv istifadə
etmək;
Canva, CapCut və digər müasir digital alətlərdən istifadə etməklə
vizual və video kontent hazırlamaq;
Şirkətin məhsul və xidmətləri üçün
kreativ reklam ideyaları, kampaniyalar, satış yönümlü mətnlər və CTA-lar hazırlamaq;
Instagram və TikTok üzrə aktual trendləri, alqoritmləri və yeni digital marketing alətlərini
mütəmadi izləmək və tətbiq etmək;
Şirkətin foto və video çəkilişlərinin
planlaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
Digital
marketinq nəticələri üzrə rəhbərliyə dövri hesabatlar və inkişaf təklifləri təqdim etmək;
Namizədə tələblər:
SMM / Digital Marketing / Content Marketing sahəsində minimum 2 il iş
təcrübəsi;
Instagram, TikTok və Facebook platformalarında kommersiya
hesablarının idarə olunması üzrə praktiki təcrübə;
Digital marketing,
brendin tanıdılması və auditoriyanın genişləndirilməsi prinsiplərini yaxşı bilmək;
Meta Business Suite / Meta Ads Manager ilə işləmək bacarığı;
ChatGPT, Claude, Gemini və digər müasir AI alətlərindən sərbəst və effektiv istifadə
etmək;
AI vasitəsilə kontent, araşdırma, mətn, vizual və video
materialların hazırlanması bacarığı;
Canva və CapCut proqramlarında
sərbəst işləmək;
Reels, Stories və digər qısa video formatlarının
hazırlanması və montajı bacarığı;
Instagram və TikTok alqoritmləri,
trendləri və auditoriya davranışı haqqında yaxşı anlayış;
Güclü
copywriting və storytelling bacarığı;
Digital marketinq nəticələrini və
əsas göstəriciləri təhlil etmək bacarığı;
Müstəqil şəkildə kontent-plan
hazırlamaq və yeni ideyalar irəli sürmək bacarığı;
Yüksək vizual zövq,
kreativlik, təşəbbüskarlıq və məsuliyyət;
Azərbaycan dili – yüksək
səviyyədə; İngilis dili – B2 və üzəri; Rus dili – üstünlükdür;
Maraqlanan namizədlər mövzu yerində “Digital Marketing & AI Content Manager” yazmaqla
öz CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Portfolio və əvvəl idarə etdiyi sosial media hesablarının təqdim olunması
mütləqdir.
Bazar ertəsi – Cümə 10:00 -18:30 / Şənbə 10:00 -
16:00
Ödəniş: əmək haqqı: 1000 –1500
AZN
“StudyLab” Mərkəz Ofis / Ünvan: Ataturk Prospekti
39A
Yuxarıda göstərilən tələblərə cavab verən
şəxslər müsahibəyə dəvət olunacaqlar!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
