Vakansiya haqqında
“Sağlam Ailə” tibb mərkəzi “Müştəri xidmətləri üzrə şöbə rəhbəri” vakansiyası elan
edir.
Vəzifə öhdəlikləri:
Müştəri xidmətləri komandasının (qeydiyyat və çağrı) ümumi fəaliyyətinin idarə
edilməsi və nəzarət edilməsi;
Klinikaya müraciət edən pasiyentlərin
qəbulunu və qeydiyyatını təşkil etmək, pasiyentin klinikada aldığı bütün xidmətlərdən məmnunluğunu təmin etmək üçün
tədbirlər görmək;
Yaranmış problemləri, xüsusilə də müştəri şikayətlərini
yerindəcə araşdırmaq, təhlil etmək, öz vəzifə səlahiyyətləri, hüquqları çərçivəsində olan həll yollarını
müəyyənləşdirmək, tətbiq etmək;
Klinikada müştəriyə birbaşa xidmət
göstərən əməkdaşlara mütəmadi olaraq təlimlərin keçirilməsi, müştəri ilə davranış qaydaları, müştəri məmnuniyyəti
istiqamətində maarifləndirmə işləri aparmaq.
Pasiyentlərin təkrar
müraciətlərinin artırılması istiqamətində tədbirlər həyata keçirmək;
Klinikada CRM sisteminin qurulması, tətbiqi və inkişaf etdirilməsi prosesinə
rəhbərlik;
Qeydiyyat şöbəsi və çağrı mərkəzi arasında vahid CRM sistemi
üzərindən inteqrasiya olunmuş iş prosesinin yaradılması;
Pasiyent
məlumatlarının, müraciət tarixçəsinin və xidmət proseslərinin CRM üzərindən idarə edilməsinin
təşkili;
CRM sistemində iş axınlarının (workflow) hazırlanması və
optimallaşdırılması;
Xidmət standartlarının və prosedurlarının
hazırlanması, tətbiqi və icrasına nəzarət;
Əməkdaşların iş qrafiklərinin
hazırlanması və iş yükünün düzgün bölüşdürülməsi;
Fəaliyyət
göstəricilərinin (KPI) təhlili və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
Xidmət proseslərinin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması üzrə təkliflərin
hazırlanması.
Tələblər:
Ali təhsil (tibb üzrə üstünlükdür);
Azərbaycan, rus dili biliyi - əla, ingilis dili biliyi arzuolunandır;
Müvafiq vəzifədə minimum 3 illik iş
təcrübəsi;
CRM sistemlərinin qurulması, tətbiqi və idarə olunması
üzrə təcrübə;
İdarəetmə, təşkilatçılıq və liderlik
bacarıqları;
Məsuliyyətlilik, nəticəyönümlülük və
punktuallıq;
Yüksək təşkilatçılıq və liderlik
bacarıqları.
İş şərtləri:
İş qrafiki: 6 gün (həftəlik 40 saat), VI gün qısa iş günü;
Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
Özü və
ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər.
Müraciət etmək üçün CV-niziMüraciət
etdüyməsində qeyd olunan elektron ünvanına “Müştəri xidmətləri üzrə
şöbə rəhbəri“ başlığı ilə göndərməyiniz zəruridir. Müsahibəyə tələblərə uyğun hesab olunan namizədlər dəvət
olunacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
