Vakansiya haqqında
İş yeri: Bakı
şəhəri
İş rejimi: Tam
ştat
Vəzifə
öhdəlikləri:
Hotelin marketinq strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak
etmək;
Sosial media hesablarının idarə olunmasını və kontent planının
hazırlanmasını təmin etmək;
Hotelin xidmətləri, kampaniyaları və
tədbirləri ilə bağlı reklam materialları hazırlamaq;
Sosial media
paylaşımları, bannerlər, posterlər, broşürlər və digər vizual materialların dizaynını
hazırlamaq;
Foto və video kontentin hazırlanması, redaktəsi və
paylaşılmasını təşkil etmək;
Hotelin brend standartlarına və Accor
şəbəkəsinin korporativ tələblərinə uyğun vizual materiallar hazırlamaq;
Marketinq kampaniyalarının planlaşdırılması və nəticələrinin təhlilini həyata
keçirmək;
Hotelin restoran, SPA, tədbir və digər xidmətlərinin
tanıdılması üçün marketinq fəaliyyətləri təşkil etmək;
Satış şöbəsi və
digər aidiyyəti bölmələrlə koordinasiyalı işləmək;
Rəqiblərin
fəaliyyətini və bazar tendensiyalarını izləmək;
Marketinq fəaliyyətləri
üzrə hesabatlar hazırlamaq.
Namizədə
tələblər:
Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
Qrafik dizayn sahəsində praktiki təcrübə;
Adobe Photoshop, Illustrator və Canva proqramları ilə işləmək
bacarığı;
Sosial media platformalarının idarə olunması və kontent
hazırlanması üzrə təcrübə;
Rəqəmsal marketinq və reklam alətləri barədə
bilik;
Kreativ düşüncə və vizual zövq;
Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək; rus dili biliyi
üstünlükdür;
Güclü ünsiyyət, planlaşdırma və təşkilatçılıq
bacarıqları;
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü
olmaq;
Komanda ilə işləmək və bir neçə işi paralel idarə etmək
bacarığı.
İş şəraiti:
Rəsmi əmək müqaviləsi;
Peşəkar və dinamik
kollektiv;
Karyera inkişafı imkanları;
Nahar təminatı;
Beynəlxalq hotel şəbəkəsində
işləmək imkanı.
Maraqlanan namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərə bilərlər. Müraciətə əvvəlki işlərdən ibarət portfolio əlavə edilməsi arzuolunandır.
Mövzu hissəsində “Marketinq
Meneceri” qeyd etmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
