Vakansiya haqqında
Vəzifə haqqında:
BEOC quyuların əsaslı və yeraltı təmiri prosesində istifadə olunan qazma, tutucu,
yuyucu və frezləyici alətlərin, quyuağzı və neft-mədən avadanlıqlarının yığılması, təmiri və sınaqdan keçirilməsi,
eləcə də qaldırıcı qurğuların və qüllələrin quraşdırılması üzrə fəaliyyət göstərmək üçün Təmirə Hazırlıq
üzrə Operator vakansiyası üzrə müsabiqəni açıq elan edir. Bu vəzifə emalatxana və sahə avadanlıqlarının
texniki sazlığının təmin edilməsini, alət və qurğuların montaj, demontaj və daşınmasını, həmçinin bütün işlərin
texniki təhlükəsizlik tələblərinə uyğun həyata keçirilməsini əhatə edir.
Əsas vəzifə öhdəlikləri:
Paker emalatxanasında müxtəlif növ tutucu, yuyucu, frezləyici və qazma alətlərinin
yığılması, quraşdırılması və hazırlanması işlərini həyata keçirmək.
Quyuağzı avadanlıqların, müxtəlif növ siyirmələrin, tullanışa qarşı avadanlıqların, alətlərin
və digər neft-mədən avadanlıqlarının cari və əsaslı təmiri, bərpası, sınaqdan keçirilməsi və yoxlanılması işlərini
yerinə yetirmək.
Sahədə yerləşən avadanlıqların təmiri prosesini həyata
keçirmək və onların texniki sazlığını təmin etmək.
Müxtəlif növ alət və
avadanlıqların montaj və demontaj işlərini yerinə yetirmək, onların emalatxanaya və iş sahələrinə daşınmasını təmin
etmək.
UPA/UPT və digər aqreqatlı maçtalı qurğuların quraşdırılmasında
iştirak etmək.
QBQ və digər tip qaldırıcı qurğuların, dəzgahların və
qüllələrin çəkilmə və daşınmaya hazırlanması, çəkilməsi, gəmi kranı vasitəsilə daşınması və quraşdırılması işlərini
həyata keçirmək.
Paker emalatxanasına aid avadanlıqların
inventarizasiyasını aparmaq.
Alət və avadanlıqların, müxtəlif yanacaq və
sürtkü materiallarının texniki təhlükəsizlik qaydalarına və müvafiq təlimatlara uyğun şəkildə yerləşdirilməsini,
saxlanılmasını və çeşidlənməsini təmin etmək.
Emalatxana və sahələrdə
istifadə olunan avadanlıq və alətlərin düzgün istismarına, texniki vəziyyətinə və səliqəli saxlanılmasına diqqət
yetirmək.
İşə başlamazdan əvvəl, iş zamanı və iş bitdikdən sonra bütün
texniki təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər və kvalifikasiyalar:
Quyuağzı avadanlıqlar və tullanışa qarşı avadanlıqlar (BOP) üzrə
biliklər.
Neft-mədən qurğularının (UPA/UPT, QBQ, qüllə) quruluşunun
əsasları.
Quyu təmirində istifadə olunan alətlərin növləri və iş
prinsipləri üzrə biliklər.
Təhlükəsizlik və risk
intizamı.
Davamlı öyrənmə və təkmilləşdirmə.
Əməkdaşlıq və komanda işi.
Məsuliyyət, dürüstlük və
hesabatlılıq.
İnsanlara və iş mühitinə qayğı.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
