Vakansiya haqqında
StudyLab yeni təhsil istiqamətlərinin inkişafı, beynəlxalq layihələrin həyata keçirilməsi
və strateji tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi üçün təşəbbüskar, yaradıcı və nəticəyönümlü mütəxəssis
axtarır.
Əsas vəzifə öhdəlikləri
Xarici universitetlər, beynəlxalq məktəblər və təhsil təşkilatları ilə əməkdaşlığın
qurulması və inkişaf etdirilməsi.
Yeni biznes imkanlarının araşdırılması,
təhsil xidmətlərinin və məhsullarının hazırlanması, yeni fəaliyyət istiqamətlərinin
yaradılması.
Yeni müştəri seqmentlərini, xidmət istiqamətlərini və gəlir
imkanlarını müəyyənləşdirmək.
IELTS, TOEFL, SAT, CSCA və digər beynəlxalq
imtahanlara hazırlıq xidmətləri üzrə yeni müştəri və tərəfdaş kanalları yaratmaq.
Əməkdaşlıq təkliflərini, tərəfdaşlıq modellərini və biznes şərtlərini
hazırlamaq.
Beynəlxalq imtahanlara və olimpiadalara hazırlıq,
məktəblilərin inkişaf proqramları və mövsümi xarici təhsil səfərləri daxil olmaqla, yeni təhsil məhsullarının
müstəqil şəkildə hazırlanması və həyata keçirilməsi.
Xaricdə yay və qış
məktəblərinin, akademik səfərlərin, beynəlxalq düşərgələrin və qısamüddətli təhsil proqramlarının
təşkili.
Beynəlxalq olimpiadaların, akademik yarışların və müsabiqələrin
təşkilatçıları ilə əməkdaşlıq əlaqələrinin qurulması.
İnformasiya
texnologiyaları məktəbləri, elm və texnologiya mərkəzləri və gənclər təşkilatları ilə birgə layihələrin
hazırlanması.
9–10-cu siniflərdən başlayaraq şagirdlərin akademik və
dərsdənkənar fəaliyyətlərinin inkişafına yönəlmiş proqramların hazırlanması: könüllülük, liderlik, tədqiqat, sosial
və texnoloji layihələr.
Namizədə tələblər
Biznesin inkişafı, strateji tərəfdaşlıqlar və ya layihələrin idarə edilməsi
sahəsində iş təcrübəsi.
Yeni layihələrin hazırlanması və həyata
keçirilməsi bacarığı.
Güclü danışıqlar aparmaq, təqdimat etmək və işgüzar
əlaqələr qurmaq bacarığı.
Azərbaycan və ingilis dillərini yüksək
səviyyədə bilmək. İngilis dili (C1 səviyyə).
Strateji və yaradıcı
düşüncə, təşəbbüskarlıq və müstəqil işləmək bacarığı.
Təhsil və
beynəlxalq layihələr sahəsində təcrübə üstünlük hesab olunur.
Vəzifənin əsas məqsədi
StudyLab üçün yeni inkişaf imkanları yaratmaq, kommersiya baxımından perspektivli
təhsil layihələrini həyata keçirmək və strateji tərəfdaşlıq şəbəkəsini genişləndirmək.
Maraqlanan namizədlər mövzu yerində “Biznesin İnkişafı üzrə Menecer” yazmaqla öz
CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Bazar ertəsi – Cümə 10:00 -19:00 / Şənbə 10:00 -
16:00
Ödəniş: əmək haqqı: 800-1200
“StudyLab” Mərkəz Ofis / Ünvan: Ataturk Prospekti 39A
Yuxarıda göstərilən tələblərə cavab verən
şəxslər müsahibəyə dəvət olunacaqlar!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
