Vakansiya haqqında
Əməkdaşların peşəkar inkişafı və fəaliyyətinin qiymətləndirilməsi proseslərini idarə
edəcək təcrübəli rəhbər axtarılır.
Vəzifə öhdəlikləri
Təlim ehtiyaclarını müəyyənləşdirmək, təlim proqramları və fərdi inkişaf planları
hazırlamaq;
Təlimlərin effektivliyini ölçmək, mentorluq və daxili təlimçi
sistemlərini inkişaf etdirmək;
Əsas fəaliyyət göstəriciləri (KPI) və
səriştələr əsasında əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi prosesini təşkil etmək;
Yüksək potensiallı əməkdaşları müəyyənləşdirmək, karyera inkişafı və xələflik planlarının
hazırlanmasını təmin etmək;
Təlim, inkişaf və qiymətləndirmə nəticələrini
təhlil etmək, hesabatlar və təkmilləşdirmə təklifləri hazırlamaq.
Namizədə tələblər
Müvafiq sahə üzrə ali təhsil;
Təlim,
inkişaf və ya fəaliyyətin qiymətləndirilməsi sahəsində ən azı 3 il iş təcrübəsi;
Qeyd olunan istiqamətlərdə ən azı 2 il rəhbərlik təcrübəsi üstünlükdür;
Təlim ehtiyaclarının təhlili, təlim nəticələrinin ölçülməsi və performansın idarə edilməsi
alətləri üzrə biliklər;
Əmək qanunvericiliyi üzrə
biliklər;
MS Office proqramları və süni intellekt alətləri ilə işləmək
bacarığı;
İngilis və rus dillərinin hər biri üzrə minimum B1 səviyyəsində
bilik;
Analitik düşüncə, komanda idarəetməsi, təqdimat və fasilitasiya
bacarıqları.
Əməkhaqqı 2300 AZN NET
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təlim və inkişaf üzrə rəhbər” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
