Vakansiya haqqında
Vəzifə və öhdəliklər:
Tabeçiliyində olan tibbi nümayəndələrin fəaliyyətinə rəhbərlik etmək, onlara dəstək
olmaq və iş prosesini koordinasiya etmək;
İş planlarını formalaşdırmaq,
yaranan çətinlikləri vaxtında aşkarlayıb həll etmək;
Tibb müəssisələrinə
mütəmadi ziyarətlər etmək, tibbi xidmətlər haqqında ətraflı məlumat təqdim etmək və tibbi nümayəndələrlə ikili
ziyarətlər keçirmək;
Planlaşdırılmış satış və marketinq göstəricilərinə
nail olmaq, şirkət məhsullarının tanınma dərəcəsini artırmaq;
Verilmiş
marketinq strategiyasını tətbiq etmək və nəticələrin izlənməsini təmin etmək;
Şirkətin keçirdiyi və ya iştirak etdiyi tədbirlərin təşkilində aktiv iştirak
etmək;
Həftəlik və aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim
etmək.
Namizədə olan tələblər:
Ali təhsil (tibbi təhsil üstünlükdür);
Tibb, laboratoriya və ya əlaqəli xidmət sahəsində satışın idarə edilməsi üzrə 3 ildən artıq iş
təcrübəsi;
Yüksək ünsiyyət və təqdimat bacarığı, səlis nitq qabiliyyəti;
hədəf yönümlü və nəticəyə istiqamətlənmiş; liderlik və komandanı idarəetmə bacarığı, analitik
düşüncə.
İş şəraiti:
İş qrafiki: Həftənin 5 günü (saat 09:00-18:00);
Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
Şirkətdaxili təlim və inkişaf imkanları.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə
saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
