Vakansiya haqqında
Tələblər:
Qida məhsullarının mühəndisliyi, qida
təhlükəsizliyi, standartlaşdırma və sertifikasiya, metrologiya və ya əlaqəli sahələr üzrə ali
təhsil;
Müvafiq sahə üzrə
minimum 2 il iş təcrübəsi;
ISO 9001, ISO 22000, ISO 14001, ISO 45001 və digər beynəlxalq standartlar üzrə
biliklər;
Keyfiyyət
idarəetmə sistemləri və daxili audit prosesləri üzrə biliklər;
Prosedurların, təlimatların və digər sistem
sənədlərinin hazırlanması və idarə olunması bacarığı;
MS Office proqramları üzrə yaxşı səviyyədə biliklər;
Azərbaycan dilini əla, rus və ingilis dillərini orta
səviyyədə bilmək;
Analitik
düşünmə, ünsiyyət, planlaşdırma və komanda ilə işləmək bacarıqları.
Vəzifə
öhdəlikləri:
Beynəlxalq standartların tələblərinə uyğun prosedurların, təlimatların, proseslərin
və digər sistem sənədlərinin hazırlanmasını və yenilənməsini təmin etmək;
Şirkətdə tətbiq olunan sənədlərin qeydiyyatının və dövriyyəsinin aparılmasına, habelə
sənədlərin aktual versiyalarının istifadəsinə nəzarət etmək;
İllik audit
planına uyğun daxili auditlər keçirmək, nəticələri təhlil etmək və rəhbərliyə təqdim etmək;
Auditlər və proseslərin fəaliyyəti zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması
üçün düzəldici və qabaqlayıcı tədbirləri təşkil etmək və izləmək;
Keyfiyyət hədəfləri üzrə göstəriciləri təhlil etmək, nəticələrə dair hesabatlar
hazırlamaq;
Şirkətdə beynəlxalq standartların tətbiqini, idarəetmə
sistemlərinin davamlı fəaliyyətini və təkmilləşdirilməsini təmin etmək;
Sertifikatlaşdırma auditlərində iştirak etmək və standartların tələblərinə uyğunluğun
qorunmasına dəstək göstərmək;
İşçilər üçün standartlar, keyfiyyət
idarəetmə sistemləri və prosedurların tətbiqi ilə bağlı metodoloji dəstək göstərmək;
Biznes proseslərinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması ilə bağlı təkliflər
hazırlamaq.
İş şərtləri və əlavə
üstünlüklər:
İş yeri: Xudat
şəhəri;
Könüllü tibbi
sığorta (3 ay sonra);
“Dəyərlisən” mobil tətbiqi – PAŞA Loyallıq platforması.
Vakansiya ilə bağlı “Proseslərin
standartlaşdırılması üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə
CV-niziMüraciət
etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
