Vakansiya haqqında
İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş
ərazi)
Vəzifə öhdəlikləri:
Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununa və digər müvafiq
normativ hüquqi aktlara uyğun olaraq dövlət satınalmalarının təşkili və həyata keçirilməsi prosesində iştirak
etmək;
İllik satınalma planının hazırlanması üçün struktur bölmələrdən
daxil olan mal, iş və xidmətlərə dair tələbatların toplanmasında, sistemləşdirilməsində və təhlilində iştirak
etmək;
Satınalma prosedurları üzrə elanların, şərtlər toplusunun, texniki
tapşırıqların və digər zəruri sənədlərin hazırlanmasında iştirak etmək;
Satınalma predmetlərinin ehtimal olunan qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə bazar
araşdırmalarının aparılmasında, qiymət təkliflərinin toplanmasında və müqayisəli təhlilində iştirak
etmək;
Dövlət satınalmalarının vahid internet portalı
(www.etender.gov.az) vasitəsilə satınalma prosedurları üzrə sənədlərin yerləşdirilməsi, məlumatların daxil edilməsi
və müvafiq əməliyyatların həyata keçirilməsini təmin etmək;
Satınalma
prosedurlarında iştirak edən təchizatçıların təqdim etdikləri sənədlərin tamlığını, düzgünlüyünü və qanunvericiliklə
müəyyən edilmiş tələblərə uyğunluğunu ilkin qaydada yoxlamaq;
Satınalma
komissiyasının fəaliyyəti ilə bağlı sənədlərin, iclas protokollarının və digər materialların hazırlanmasında və
rəsmiləşdirilməsində iştirak etmək;
Satınalma prosedurları üzrə daxil
olan sorğuların qeydə alınmasını və aidiyyəti struktur bölmələrlə əlaqələndirilməklə cavablandırılması üçün zəruri
məlumatların hazırlanmasını təmin etmək;
Satınalma prosedurlarının
nəticələri üzrə müqavilə layihələrinin hazırlanmasında, razılaşdırılmasında və müqavilələrin icrasına dair
məlumatların toplanmasında iştirak etmək;
Satınalma proseslərində
şəffaflıq, rəqabətlilik, obyektivlik, səmərəlilik və məxfilik prinsiplərinə riayət etmək;
Fəaliyyət istiqamətinə uyğun olaraq şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə
yetirmək.
Namizədə tələblər:
Ali təhsil (iqtisadiyyat, maliyyə, idarəetmə, hüquq və digər müvafiq ixtisaslar üzrə
təhsilə üstünlük verilir);
Müvafiq sahə üzrə ən azı 2 il iş
təcrübəsi;
Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında”
Qanununu və müvafiq normativ hüquqi aktları bilmək;
Dövlət
satınalmalarının vahid internet portalında sərbəst işləmək bacarığı;
Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin “E-Müqavilə” altsistemində sərbəst işləmək
bacarığı.
Təklif olunur:
Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
Peşəkar inkişaf;
Dövlət layihələrində iştirak etmək
imkanı.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan
CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Satınalma üzrə mütəxəssis”
yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
