Vakansiya haqqında
İş yeri:İmişli şəhər
Vəzifə öhdəlikləri
Quşçuluq fabrikinin elektrik sistemlərinin, elektrik şitlərinin və idarəetmə
panellərinin montajını, texniki xidmətini və təmirini həyata keçirmək;
Müşahidə kameralarının montajını, işlək vəziyyətinə nəzarəti və nasazlıq yarandıqda təmirini
təmin etmək;
Soyuducu sistemlərinin montajı, texniki xidməti və təmirini
həyata keçirmək;
Havalandırma və istilik sistemlərinin quraşdırılmasını,
sazlanmasını və təmirini yerinə yetirmək;
Su nasosları və su təchizatı
sistemlərinin elektrik hissələrinin montajını, yoxlanılmasını və təmirini həyata keçirmək;
Yem sexinin texnoloji avadanlıqlarının elektrik sistemlərinin montajını, texniki xidmətini və
nasazlıqlarının aradan qaldırılmasını təmin etmək;
Kəsim sexinin
avadanlıqlarının elektrik sistemlərinə texniki xidmət göstərmək, montaj və təmir işlərini həyata
keçirmək;
Generatorların quraşdırılması, texniki vəziyyətinin
yoxlanılması və təmirini təmin etmək;
Elektrik mühərriklərini, kabelləri,
qoruyucu qurğuları və digər elektrik avadanlıqlarını yoxlamaq, nasazlıqları müəyyən etmək və aradan
qaldırmaq;
Fabrikin digər istehsalat və təsərrüfat sahələrində istifadə
olunan elektrik və texniki avadanlıqların quraşdırılması, istismarı və təmiri işlərini yerinə
yetirmək;
Avadanlıqlarda yarana biləcək nasazlıqların qarşısını almaq
məqsədilə profilaktik baxış və texniki xidmət işləri aparmaq;
Elektrik
təhlükəsizliyi, əməyin mühafizəsi və müəssisədaxili texniki təhlükəsizlik qaydalarına riayət
etmək.
Tələblər
Yaş həddi: 25–50 yaş;
Elektrik və ya
elektrotexniki sahə üzrə peşə təhsili və ya müvafiq ixtisas biliyi;
Elektrik sistemlərinin montajı, texniki xidməti və təmiri üzrə iş
təcrübəsi;
Elektrik şitləri, idarəetmə panelləri, elektrik mühərrikləri
və üçfazalı elektrik sistemləri ilə işləmək bacarığı;
Soyuducu,
havalandırma, istilik və su nasosları sistemlərinin elektrik hissələrini anlamaq və nasazlıqlarını müəyyən etmək
bacarığı;
Generatorlar, istehsalat avadanlıqları və elektrik qoruyucu
qurğuları üzrə praktiki biliklər;
Ölçü cihazlarından, o cümlədən
multimetrlə işləmək və elektrik nasazlıqlarını müəyyən etmək bacarığı;
Texniki sxemləri oxumaq və elektrik avadanlıqlarının iş prinsipini
anlamaq;
Nasazlıqları operativ müəyyən etmək, düzgün həll yolu seçmək və
məsuliyyətli işləmək bacarığı;
Elektrik təhlükəsizliyi qaydalarını bilmək
və onlara ciddi riayət etmək;
Komandada işləmək, intizamlı olmaq və
verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd
edərəkMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
