Vakansiya haqqında
Vəzifə haqqında:
Sosial media platformalarında brendin tanıtımını və auditoriya ilə aktiv ünsiyyətini
təmin edəcək, yaradıcı və dinamik SMM mütəxəssisi axtarırıq.
Əsas vəzifələr:
Şirkətin sosial media hesablarının, xüsusilə Instagram və TikTok
platformalarının idarə edilməsi;
Sosial media üçün video və foto
kontentlərin ideyalaşdırılması, hazırlanması və çəkilişinin həyata keçirilməsi;
TikTok və Instagram üçün Reels, Stories və qısa formatlı videoların
hazırlanması;
Video çəkilişlərinin təşkil edilməsi, kadrların düzgün
qurulması və çəkiliş prosesinin idarə olunması;
Çəkilmiş videoların
montajı, musiqi, keçid, mətn və digər vizual elementlərin əlavə edilməsi;
TikTok-da müntəzəm canlı yayımların (LIVE) keçirilməsi və idarə
olunması;
Canlı yayımlar zamanı auditoriya ilə ünsiyyətin
qurulması və izləyicilərin aktivliyinin artırılması;
Sosial media üçün
kreativ ideyaların hazırlanması və kontent planının formalaşdırılması;
Aktual trendlərin, viral formatların və sosial media yeniliklərinin izlənilməsi və kontentə
tətbiq edilməsi;
Paylaşımların mətnlərinin (caption) hazırlanması və
uyğun hashtaglardan istifadə;
Sosial media statistikalarının və
auditoriya reaksiyalarının təhlili;
Kontentin baxış, engagement və
izləyici artımı göstəricilərinin izlənilməsi;
Sosial media hesablarının
inkişafı və brendin rəqəmsal görünürlüğünün artırılması.
Tələblər:
SMM və ya sosial media kontentinin hazırlanması sahəsində iş
təcrübəsi;
TikTok və Instagram platformalarını yaxşı
bilmək;
Video çəkilişi və qısa formatlı video kontent hazırlamaq
bacarığı;
TikTok LIVE formatında canlı yayımların
keçirilməsi üzrə təcrübə;
Video montaj proqramlarından istifadə bacarığı
(CapCut, VN, Adobe Premiere Pro və ya analoji proqramlar);
Kreativ
düşüncə və yeni kontent ideyaları yaratmaq bacarığı;
Kamera qarşısında
rahat və sərbəst ünsiyyət qurmaq bacarığı;
Trend və viral kontentləri
operativ şəkildə izləmək və tətbiq etmək bacarığı;
Azərbaycan dilində
səlis nitq və düzgün yazı bacarığı;
Rus dili biliyinin olması
üstünlükdür
İş qrafiki: 5 günluk
Əmək haqqı: 1200 Azn
Maraqlanan namizədlərdən öz CV-ni mövzu hissəsində “SMM” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun olan şəxslərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
