Vakansiya haqqında
SIS (Student Information System) və LMS (Learning Management System) platformalarının
idarə edilməsi üzrə kiçik mütəxəssis axtarışındayıq.
Vəzifə öhdəlikləri
SIS/LMS platformalarının növbəti akademik ilə hazırlanması prosesində dəstək
göstərmək;
SIS/LMS platformalarının Landau Education Group tərkibində
olan digər məktəblərdə tətbiqinə dəstək göstərmək;
SIS/LMS
platformalarının istifadəsi ilə bağlı yazılı və video təlimatların hazırlanmasında iştirak
etmək;
SIS/LMS platformaları üzrə akademik heyətə (direktor, müəllim və
s.) və valideynlərə texniki dəstək göstərmək;
Rəhbərlik tərəfindən
verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.
Tələblər
Ali təhsil;
Biznes analitikası, proqram
təminatlarının tətbiqi və ya oxşar sahələrdə minimum 1 illik iş təcrübəsi;
Azərbaycan və ingilis dillərində sərbəst danışıq bacarığı (rus dili biliyi
üstünlükdür);
Yaxşı kommunikasiya və problem həll etmə
bacarığı;
Microsoft Office proqram təminatlarında işləmə
bacarığı.
Biz nə təklif edirik:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş qrafiki: həftədə 5 iş günü 09:00 – 18:00;
Həyat
yığım sığortası;
Könüllü tibbi sığorta;
Övladların təhsili üçün endirimlər;
Push 30
proqramından 75% endirimlə yararlanmaq imkanı;
Təlim və inkişaf
proqramları;
Peşəkar inkişaf və karyera artımı imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
