Vakansiya haqqında
Təsvir
Yüklərin təyinatı üzrə boşaldılması, daşınması,
yerləşdirilməsi;
Anbardan çıxışı təsdiq edilmiş yüklərin-paletlərin
daşıma vasitəsinə yerləşdirilməsi;
Anbara girişə verilmiş yüklərin
(paletli yüklər) rəflərdə müvafiq xanaya yerləşdirilməsi;
Avtokarın
təhlükəsiz və səmərəli idarə edilməsinə görə məsuliyyətin daşınması;
İşin
düzgün planlaşdırılması və verilən tapşırıqların vaxtında yerinə yetirilməsi;
Ona təhkim edilmiş texnikanın işlək və təmiz vəziyyətdə saxlanılmsı, istifadədən öncə
texnikaya vizual baxışın keçirilməsi;
Texnikanın istismar
tələblərinə uyğun planlı nəzarətinin aparılması və təmir ehtiyaclarının müəyyən edilməsi;
Aşkar etdiyi bütün nasazlıqlar haqqında dərhal sahə rəisinə məlumatın
verilməsi;
İş yerində əməyin təhlükəsizliyi qayda və qanunlarına uyğun
fəaliyyətin göstərilməsi.
İş şəraiti:
İş qrafiki: 6 gün iş, 1 gün istirahət;
İş
rejimi: Növbəli iş qrafiki;
Servis: 20 Yanvar və Koroğlu metro
stansiyalarından şirkət tərəfindən servis təmin olunur;
İş
yeri:Abşeron Logistika Mərkəzi.
Tələblər
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Avtoyükləyici texnikanı idarə etmək üçünmüvafiq vəsiqə/sertifikatın olması
mütləqdir;
Komandada işləmək bacarığı;
Nizam-intizamlı, məsuliyyətli və işində dəqiq olmaq;
Vakansiya növü - Müvəqqəti
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
