Vakansiya haqqında
İş şəraiti
İşəgötürən: Eden Agro
MMC
Struktur: Risk və daxili nəzarət
departamenti
Birbaşa rəhbər: Risk və daxili nəzarət üzrə
menecer
İş yeri: Bakı şəhəri, Park View Biznes
Mərkəzi
İş qrafiki: 5 günlük iş həftəsi
(09:00-18:00);
Eden Agro MMC,Azərşəkər MMC-nin
törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və
istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı
aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət
göstərir.
Vəzifə
öhdəlikləri:
Cəmiyyətdə effektiv nəzarət mühitinin fomalaşdırılması istiqamətində işlərin həyata
keçirilməsinə dəstək olmaq;
Cəmiyyət üzrə risklərin müəyyən
edilməsi, qiymətləndirilməsi və prioritetləşdirilməsi prosesində iştirak etmək, risk reyestrlərinin hazırlanmasına
və yenilənməsinə dəstək olmaq;
Əsas Risk Göstəricilərinin və risk
hadisələrinin monitorinqini həyata keçirmək, risk və daxili nəzarət üzrə dövri hesabatlar hazırlamaq və üst
rəhbərliyə təqdim etmək;
Cəmiyyətin strateji məqsədlərinə nail olmaq üçün
əməliyyat, hesabatlılıq və qanunvericilik istiqamətində preventiv və detektiv nəzarət mexanizmlərininin
hazırlanmasında iştirak etmək;
Cəmiyyətdə əməliyyatların
davamlılığını və effektivliyini təmin etmək məqsədilə nəzarət mexanizmlərinin mövcud olması istiqamətində işləri
icra etmək; Cəmiyyətin maddi və qeyri-maddi aktivlərin təyinatı üzrə istifadə olunması ilə bağlı nəzarət
mexanizmlərini qurmaq;
Zərurət yarandığı hallarda Cəmiyyətin baş
ofisi və digər strukturları tərəfindən həyata keçirilən cari və funksional işlərin icra vəziyyətinə praktiki nəzarət
etmək məqsədilə həmin tədbirlərdə bilavasitə iştirak etmək;
Cəmiyyətdə proses sahibləri tərəfindən tətbiq olunan nəzarət mexanizmlərinin effektiv və
düzgün tətbiq edilməsini test edilməsi məqsədilə üst rəhbərin təlimatlarına əməl etmək;
Qanunvericilik, daxili siyasət və etik davranış qaydalarına uyğunluğun gücləndirilməsi,
fırıldaqçılıq risklərinin idarə olunması və risk mədəniyyətinin inkişafı məqsədilə monitorinqlərdə, araşdırmalarda
və maarifləndirmə tədbirlərində iştirak etmək.
Kənar, daxili audit və
digər xidməti yoxlamaların gedişində aşkar olunan saxtakarlıq hallarını, nöqsan və çatışmazlıqları müzakirə
etmək;
Qaynar xətt və digər məlumatlandırma kanalları vasitəsilə
daxil olan şikayət, məlumat və sui-istifadə ehtimalları üzrə ilkin qiymətləndirmə aparmaq, aidiyyəti üzrə
yönləndirmək, araşdırma prosesində iştirak etmək, nəticələrin sənədləşdirilməsini və görülən tədbirlərin
monitorinqini təmin etmək.
Cəmiyyət əməkdaşları tərəfindən yol verilmiş
neqativ hallar və mənimsəmə ilə əlaqədar hüquqpozma halları, habelə daxili nəzarət yoxlamalarının və
monitrinqlərinin nəticələri üzrə qanunvericiliyə uyğun olaraq xidməti araşdırmaların aparılmasında iştirak
etmək;
Üst rəhbərə araşdırma ilə bağlı lazım olan digər hesabatları
hazırlamaq və təqdim etmək.
Vəzifə
tələbləri:
Ali təhsil (Maliyyə, iqtisadiyyat, audit, idarəetmə üzrə)
Risklərin idarə olunması, daxili nəzarət və ya audit sahəsində ən azı 2–3 il
təcrübə
ORM, ACCA, CIA, CRMA və s. sertifikatlara
üstünlük
Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və
monitorinqi
Daxili nəzarət sistemlərinin qurulması və effektivliyinin
test edilməsi
Proses və maliyyə təhlili, risk matrisi və reyestrinin
hazırlanması
Analitik düşünmə, hesabatvermə və Excel/analitik alətlərlə
işləmə bacarığı
Daxili audit və yoxlamalarda iştirak, rəhbərliyə
hesabatların təqdimatı
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək
bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
Biz təklif
edirik:
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
Peşəkar və liderlik inkişaf proqramları;
Beynəlxalq
və yerli təlimlərdə iştirak imkanı;
Karyera yüksəlişi və qrup daxilində
rotasiya imkanları;
Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak
imkanı;
Dinamik və strateji idarəetmə mühitində çalışma
fürsəti;
Qrupdaxili xüsusi güzəştlərdən istifadə
imkanı.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində
“Risk və Daxili nəzarət üzrə
mütəxəssis” qeyd edərəkMüraciət
etdüyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş
olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
