Vakansiya haqqında
Peşə və funksional öhdəliklər:
Cəmiyyətdə yüklərin, avadanlıqların, mexanizmlərin və konstruksiyaların daşınması,
qaldırılması və quraşdırılması işlərini yerinə yetirmək;
İşə başlamazdan
əvvəl trosların, kəndirlərin, zəncirlərin, ilgəclərin və digər takelaj avadanlıqlarının texniki sazlığını
yoxlamaq;
Yüklərin kütləsi və forması (konfiqurasiyası) əsasında tros,
kanat, zəncir və digər xüsusi takelaj ləvazimatlarını seçmək və onların texniki vəziyyətini
yoxlamaq;
Daşınacaq yüklərin, avadanlıqların, mexanizmlərin və
konstruksiyaların ümumi kütləsini və ağırlıq mərkəzini düzgün müəyyənləşdirmək;
Yükün çəkisini, ölçülərini və ağırlıq mərkəzini nəzərə alaraq təhlükəsiz daşınma sxemini
hazırlamaq;
Yüklərin düzgün şəkildə bağlanmasını (strop olunmasını) və
təhlükəsiz şəkildə açılmasını təmin etmək;
Daşınma zamanı yük
hissələrinin yerindən tərpənməsinin və düşməsinin qarşısını almaq;
Stropların zədələnməsinin qarşısını almaq üçün iti kənarlı səthlərə xüsusi qoruyucu altlıqlar
qoymaq;
Qeyri-standart, uzunölçülü və iri qabaritli yüklərlə işləyərkən
xüsusi qaldırma və sabitləmə metodlarından istifadə etmək;
Qaldırıcı
qurğularla işləyərkən kran operatorları və digər əməkdaşlarla koordinasiyalı fəaliyyət göstərmək, onlara aydın və
dəqiq göstərişlər vermək;
Dar keçidlərdə və mürəkkəb şəraitdə yüklərin və
avadanlıqların dəqiq və düzgün yerləşdirilməsini həyata keçirmək;
Namizədə dair tələblər:
Müvafiq peşə üzrə iş təcrübəsi (tikinti layihələri üzrə təcrübə
üstünlükdür);
Fiziki cəhətdən sağlam və işə davamlı
olmaq
İlməkçi işləmək üçün sertifkatın olması
zəruridir
Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə
yetirmək
Tikinti sahəsində işləmək istəyi və öyrənməyə açıq
olmaq
Əl alətləri ilə işləmək bacarığı (üstünlükdür)
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Nizami r.
İş
qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: 1000
manat
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Fəhlə-ilməkçi
(riger)” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya 077 499 11 12
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
