Vakansiya haqqında
“Merkuri” Bank Olmayan Kredit
Təşkilatı“İnsan Resursları üzrə
menecer”vakansiyasıüçün
müsabiqəyədəvət edir.
Vəzifə
öhdəlikləri
Təşkilatın ümumi strategiyasına uyğun İnsan Resursları strategiyasının hazırlanması
və həyata keçirilməsi;
HR komandasına rəhbərlik edilməsi, iş bölgüsünün
aparılması və fəaliyyətin əlaqələndirilməsi;
Təşkilati strukturun, ştat
cədvəlinin və vəzifə təlimatlarının hazırlanmasına və təkmilləşdirilməsinə nəzarət;
İşçi ehtiyacının müəyyənləşdirilməsi, kadr planlamasının aparılması və müvafiq hesabatların
rəhbərliyə təqdim edilməsi;
İşə qəbul və seçim proseslərinin, o cümlədən
müsahibələrin keçirilməsi və namizədlərin qiymətləndirilməsinin effektiv idarə olunması;
Yeni əməkdaşların adaptasiya və sınaq müddətinin qiymətləndirilməsi prosesinin təşkili və
nəzarət olunması;
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun
olaraq kadr kargüzarlığının, kadr uçotunun və sənədləşmə proseslərinin düzgün təşkil edilməsinə
nəzarət;
Əmək müqavilələrinin bağlanılması və dəyişdirilməsi, məzuniyyət,
ezamiyyət, iş vaxtının uçotu və xitam proseslərinə nəzarət edilməsi;
Kadr
axıcılığı, davamiyyət, işə qəbul müddəti, əməkdaşların məhsuldarlığı və digər İR göstəricilərinin təhlil edilməsi,
nəticələr üzrə tədbirlər planının hazırlanması;
Əməkdaşların təlim və
inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, illik təlim planının hazırlanması və icrasının
təşkili;
Karyera inkişafı və əsas vəzifələr üzrə əvəzetmə planlarının
hazırlanması;
Korporativ mədəniyyətin inkişaf etdirilməsi və motivasiya
proqramlarının həyata keçirilməsi;
Anonim məmnunluq sorğularının
keçirilməsinə nəzarət, nəticələrin təhlili və təkmilləşdirmə tədbirlərinin hazırlanması;
Əmək intizamına və daxili intizam qaydalarına riayət olunmasına nəzarət
edilməsi;
HR prosesləri üzrə risklərin müəyyənləşdirilməsi və onların
minimuma endirilməsi üçün tədbirlərin görülməsi;
HR siyasət və
prosedurlarının hazırlanması, mütəmadi yenilənməsi və tətbiqinə nəzarət edilməsi;
HR fəaliyyəti üzrə aylıq, rüblük və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim
edilməsi.
Tələblər
İnsan resurslarının idarə edilməsi, biznesin idarə edilməsi, hüquq və ya əlaqəli
sahə üzrə ali təhsil;
İnsan Resursları sahəsində minimum 5 il iş
təcrübəsi;
Azərbaycan Respublikasının əmək qanunvericiliyini dərindən
bilmək və praktiki tətbiq bacarığı;
Kadr kargüzarlığı və əmək
münasibətlərinin idarə olunması sahəsində güclü praktiki biliklər;
İşə
qəbul, performansın qiymətləndirilməsi, motivasiya, təlim və inkişaf sistemləri üzrə təcrübə;
Liderlik, komandanı idarəetmə, planlaşdırma və qərarvermə bacarıqları;
Yüksək ünsiyyət, təqdimat, danışıqlar aparmaq və münaqişələri həll etmək
qabiliyyəti;
Məsuliyyətlilik, obyektivlik, məxfilik və yüksək peşə
etikası;
Maliyyə, bank və ya bank olmayan kredit təşkilatında İnsan
Resursları üzrə iş təcrübəsi;
Hazır cv formalarınızı Mövzu/Subject bölməsinə
“HR menecer” qeyd edərək Müraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
