Vakansiya haqqında
Struktur bölmə:Maliyyə idarəetməsi və mühasibat uçotu
şöbəsi
Tabeçilik: Direktor
Tabeliyində olan vəzifələr:
Aparıcı mühasib
Maliyyə mütəxəssisi
Mühasib köməkçisi
İşin təsviri:
Maliyyə nəticələrinin aylıq təhlilini aparmaq, gəlir, xərc, mənfəət, marja və digər
əsas maliyyə göstəriciləri üzrə rəhbərlik üçün idarəetmə hesabatları hazırlamaq.
Maliyyə risklərini müəyyənləşdirmək, qiymətləndirmək və onların azaldılması üzrə tədbirlər
hazırlamaq.
Maliyyə nəzarəti və daxili kontrol mexanizmlərinin
təkmilləşdirilməsini təmin etmək.
Maliyyə əməliyyatlarının
qanunvericiliyə, şirkətin daxili siyasət və prosedurlarına uyğunluğuna nəzarət etmək.
Xərc strukturunu və əməliyyat xərclərini təhlil etmək, xərclərin optimallaşdırılması və
maliyyə səmərəliliyinin artırılması üzrə təkliflər hazırlamaq.
İnvestisiya, xərc, əməkhaqqı və digər biznes qərarlarının maliyyə təsirini qiymətləndirmək və
rəhbərliyə müvafiq tövsiyələr təqdim etmək.
Daxili və xarici audit
proseslərini koordinasiya etmək, tələb olunan maliyyə məlumatlarının hazırlanmasını və audit nəticələri üzrə
tədbirlərin icrasını təmin etmək.
Maliyyə siyasətləri, prosedurları və
uçot prinsiplərinin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək.
Əməkhaqqı, bonus və digər kompensasiya ödənişlərinin maliyyə planlamasını və büdcəyə təsirinin
təhlilini təmin etmək.
Maliyyə məlumatlarının düzgünlüyünü, məxfiliyini
və vaxtında təqdim edilməsini təmin etmək.
Şöbənin əməkdaşlarının
fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü aparmaq və nəticələrə nəzarət etmək.
Maliyyə və mühasibat uçotu proseslərinin davamlı təkmilləşdirilməsi və avtomatlaşdırılması
üzrə təşəbbüslər irəli sürmək.
Aylıq, rüblük və illik maliyyə
hesabatlarının, MHBS (IFRS) üzrə illik hesabatların və digər tələb olunan hesabatların hazırlanmasına və təqdim
edilməsinə rəhbərlik etmək.
İllik büdcə planının hazırlanmasını, aylıq
büdcə-fakt təhlilinin aparılmasını və maliyyə proqnozlarının icrasını təmin etmək.
Vergi öhdəliklərinin, o cümlədən mənfəət vergisi, ƏDV, sosial sığorta və digər ödənişlərin
düzgün hesablanmasına və bəyannamələrin vaxtında təqdim edilməsinə nəzarət etmək.
Pul vəsaitlərinin hərəkətinin (Cash Flow), debitor və kreditor borclarının, habelə ödəniş
qrafiklərinin idarə edilməsini təmin etmək.
Gündəlik mühasibat
əməliyyatlarının düzgünlüyünə, tamlığına və vaxtında uçota alınmasına nəzarət etmək.
Kassa və bank əməliyyatlarının uçotunun qanunvericiliyə və daxili prosedurlara uyğun təşkilini
təmin etmək.
Dərəcə (Grade) və KPI (Əsas Fəaliyyət Göstəriciləri) maliyyə
aspektlərinin dəstəklənməsi, əməkhaqqı büdcəsinə təsirin qiymətləndirilməsi və bonus fondunun maliyyə nəticələri
əsasında hesablanmasını təmin etmək.
1C əməliyyatlarının
optimallaşdırılması və aylıq bağlanış prosesinin vaxtında və düzgün icrasına nəzarət etmək.
Tələblər
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil,
magistratura təhsili arzuolunandır.
PMS sertifikatı olması
zəruridir.
ACCA, CIMA, CPA və ya CFA, sertifikasiyası — tam və ya qismən,
DipIFR daxil olmaqla — arzuolunandır.
Müvafiq sahədə ən azı 10 il iş
təcrübəsi, o cümlədən rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi.
Azərbaycan dili — səlis, rus və ingilis dilləri — arzuolunandır.
MS Office, 1C və Bitrix24 proqramları üzrə yaxşı istifadə bacarığı.
Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə güclü biliklər.
MHBS (IFRS), vergi və mühasibat uçotu üzrə biliklər.
Analitik düşüncə, strateji yanaşma və problem həll etmə bacarığı.
Güclü liderlik, komanda idarəetməsi və peşəkar ünsiyyət bacarıqları.
Yüksək məsuliyyətlilik, dəqiqlik və təşəbbüskarlıq.
Əlavə məlumat:
İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək.
İstirahət günləri: şənbə və bazar günləri, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsi
ilə müəyyən edilmiş bayram və qeyri-iş günləri.
Vakansiya növü: tam
ştat.
İş yeri: “Bakinity Distribution” MMC (Bakı şəhəri, Nərimanov
rayonu, Ziya Bünyadov prospekti 86B).
Əməkhaqqı: namizədin bilik və
bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Təminatlar:
Push30 platformasından istifadə imkanı.
AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq
imkanı.
Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq
imkanı.
İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün
imkanlar.
Maraqlanan namizədlər Müraciət
et düyməsində qeyd
olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
