Vakansiya haqqında
Vəzifə haqqında
Tərəfdaşlıq əlaqələrinin qurulması, strateji əməkdaşlıq imkanlarının araşdırılması
və mövcud tərəfdaşlıqların inkişaf etdirilməsi istiqamətində çalışacaq peşəkar mütəxəssis
axtarılır.
Əsas vəzifə öhdəlikləri
Yeni tərəfdaşlıq imkanlarının müəyyənləşdirilməsi və potensial tərəfdaşların
araşdırılması;
Dövlət və özəl sektor nümayəndələri, korporativ şirkətlər
və digər təşkilatlarla işgüzar əlaqələrin qurulması;
Strateji əməkdaşlıq
təşəbbüslərinin hazırlanması və həyata keçirilməsinin koordinasiyası;
Mövcud tərəfdaşlarla münasibətlərin inkişaf etdirilməsi və uzunmüddətli əməkdaşlığın təmin
olunması;
Tərəfdaşlıq layihələri üzrə danışıqların aparılması və
əməkdaşlıq şərtlərinin razılaşdırılması;
Bazarın və sektor üzrə
tendensiyaların təhlili, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi;
Rəhbərlik üçün hesabatların, təqdimatların və analitik materialların
hazırlanması;
Müxtəlif struktur bölmələri ilə əməkdaşlığın koordinasiyası
və tərəfdaşlıq hədəflərinin icrasının izlənilməsi.
Namizədə tələblər
Ali təhsil;
Rus dilini sərbəst
bilmək;
İngilis dilini bilmək (B2 səviyyə minimum);
Yüksək səviyyədə kommunikasiya və danışıqlar aparmaq bacarığı;
Analitik düşüncə və biznes imkanlarını qiymətləndirmək bacarığı;
Təqdimat və hesabatların hazırlanması bacarığı;
MS
Office proqramları ilə işləmək bacarığı;
Təşəbbüskarlıq, məsuliyyətlilik
və nəticəyönümlülük.
Üstünlüklər
Bank, telekommunikasiya, konsaltinq və digər iri korporativ şirkətlərdə iş
təcrübəsi;
Strateji tərəfdaşlarla əməkdaşlıq və korporativ layihələrin
həyata keçirilməsi təcrübəsi;
Müxtəlif maraqlı tərəflərlə iş və mürəkkəb
danışıqların aparılması bacarığı.
Əməkhaqqı 3400 Azn
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
