Vakansiya haqqında
İş yeri: Sumqayıt / Xızı
Əsas öhdəliklər:
Fosfatlama xəttində metal məhsulların fosfatlanmasını düzgün şəkildə həyata keçirmək
və təyin edilmiş keyfiyyət standartlarına uyğun olmasını təmin etmək;
Fosfatlama xəttini ,hidrogen ayrılması sobası və tərs osmos avadanlıqlarını idarə etmək,
düzgün işləməsini təmin etmək və nasazlıqları dərhal aradan qaldırmaq;
Fosfatlama prosesinin hər mərhələsini izləyərək keyfiyyətə nəzarət etmək və müəyyən edilmiş
standartlara uyğunluğu təmin etmək;
Fosfatlama üçün istifadə olunan
kimyəvi maddələrin və materialların mövcudluğunu izləmək və ehtiyatları müntəzəm olaraq
yeniləmək;
Yerinə yetirilən fosfatlama işləri və işin gedişatı barədə
birbaşa rəhbərinə müntəzəm məlumat vermək;
Metal komponentləri müəyyən
edilmiş proqram və parametrlərə uyğun olaraq istilik sobalarında və digər avadanlıqlarda qızdırmaq və
soyutmaq;
Materialları avadanlıqlara düzgün şəkildə yükləmək və
boşaltmaq, zədələnmədən yerləşdirmək və daşımaq;
Termiki emal
avadanlıqlarının düzgün və sabit işləməsini təmin etmək üçün onları yoxlamaq və kalibrləmək;
Prosesin gedişi, parametrlər və yoxlama nəticələri üzrə dəqiq qeydiyyat aparmaq və
sənədləşdirmək;
Aşkarlanmış hər hansı yayınma, qüsur və ya problemi
rəhbərliyə bildirmək və düzəldici tədbirlər görmək;
Termiki emal
əməliyyatlarına dair bütün təhlükəsizlik qaydalarına və fərdi mühafizə vasitələrinin istifadəsinə ciddi riayət
etmək;
Səmərəliliyi, keyfiyyəti və təhlükəsizliyi artırmaq üçün təkliflər
vermək və təşəbbüs göstərmək.
Tələblər:
Orta və ya texniki/peşə təhsili;
Fosfatlama, termiki emal və ya digər kimyəvi təmizləmə proseslərində iş təcrübəsi – 1
il;
Elektrostatik toz boya, havalı və ya havasız spreylə boya
texnologiyası haqqında baza biliklər;
Metal sənayesində iş təcrübəsi –
üstünlükdür;
Sahə üzrə müvafiq sertifikatlar –
üstünlükdür.
Şirkət tərəfindən verilən imtiyazlar:
Nahar;
Könüllü tibbi
sığorta;
Servis nəqliyyatı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Fosfatlama şöbəsinin operatoru” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
