Vakansiya haqqında
Vəzifənin məqsədi:
Məhsulların təyin olunmuş marşrut üzrə müştərilərə təqdim edilməsi, satış
hədəflərinin icrası, yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazası ilə davamlı əməkdaşlığın təmin
edilməsi.
Vəzifə öhdəlikləri:
Müəyyən olunmuş ərazilər üzrə gündəlik satış ziyarətlərini həyata
keçirmək;
Yeni müştərilər cəlb etmək və mövcud müştəri bazasını inkişaf
etdirmək;
Sifarişləri qəbul etmək və vaxtında çatdırılmasını koordinasiya
etmək;
Debitor borclara nəzarət etmək;
Satış planlarını yerinə yetirmək;
Rəhbərliyə
gündəlik və aylıq hesabatlar təqdim etmək;
Tələblər:
Minimum 2–3 il satış nümayəndəsi (ekspeditor) vəzifəsində iş
təcrübəsi;
Şəxsi minik avtomobilinin olması
(mütləq);
Ali və ya orta ixtisas təhsili;
MS Office proqramlarında ilkin biliklər;
Bacarıqlar:
Satış və danışıqlar aparmaq bacarığı;
Yüksək ünsiyyət və təqdimat bacarığı;
Müştəriyönümlü yanaşma;
Planlama və vaxtın effektiv
idarə olunması;
Məsuliyyətlilik və nəticəyönümlülük;
Problem həll etmə və qərarvermə bacarığı;
Komandada
işləmək bacarığı;
Təminatlar:
Rəqabətli əmək haqqı və bonus sistemi;
Yanacaq və amortizasiya xərclərinin qarşılanması (şirkət siyasətinə
uyğun);
Korporativ mobil nömrə;
Peşəkar inkişaf və karyera imkanları.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Nümayəndəsi (Ekspeditor)” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
