Vakansiya haqqında
İş şəraiti
Əməkhaqqı:Başlanğıc 1200 AZN
Ünvan: Bakı şəhəri
İş ünvanı: Əhməd Rəcəbli küçəsi 2/26
İş qrafiki: Həftə içi 5 gün, saat 09:00–18:00
"OMNITECH" MMC komandası Kassa aparatlarının və digər elektron avadanlıqların
diaqnostikası və təmiri sahəsində təcrübəli və məsuliyyətli Texnik-elektronçu
axtarırıq.
Vəzifə öhdəlikləri:
Avadanlıqların təmiri: Kassa aparatlarının və digər elektron
avadanlıqların sökülməsi, yığılması və təmiri.
Diaqnostika: Elektron platalarda, qida, enerji təchizatı və şarj dövrələrində
nasazlıqların aşkar edilməsi və aradan qaldırılması.
Komponentlərin dəyişdirilməsi: Elektron komponentlərin yoxlanılması və
yenilənməsi.
Lehimləmə işləri: Lehimləmə və elektron
platalar üzərində təmir işlərinin aparılması.
Test
mərhələsi: Təmir edilmiş avadanlıqların tam saz vəziyyətdə yoxlanılması və test edilməsi.
Namizədə dair tələblər:
Nəzəri biliklər: Elektronika və elektron plataların iş prinsipləri
haqqında bilik.
Cihazlarla iş bacarığı: Lehimləmə,
termohava lehimləmə stansiyası, multimetr və digər ölçü cihazlarından sərbəst istifadə
bacarığı.
Praktiki təcrübə: SMD komponentlərin,
mikrosxemlərin və konnektorların dəyişdirilməsi üzrə praktiki bacarıq və elektron avadanlıqların təmiri sahəsində iş
təcrübəsi.
Şəxsi keyfiyyətlər: Texniki nasazlıqları
müstəqil müəyyən etmək bacarığı, məsuliyyət, diqqətlilik və səliqəlilik.
Yaş tələbi: 25–35 yaş.
Tələblərə uyğun namizədlər CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərməklə
müraciət edə bilərlər.
E-mail-in mövzu
hissəsində“Texnik-Elektronçu”qeyd
olunmalıdır
Telefon: (012) 310-17-11
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
