Vakansiya haqqında
İş təsviri
Hökməli, Sulutəpə, Qobu ərazisində yaşayan, şəxsi nəqliyyat vasitəsi olan, ali
təhsilli.
Təhkim olunmuş terminal açarlarını, əmlak və ehtiyat
hissələrini daimi varlığına nəzarət etmək;
Terminalların uzunmüddətli iş
fəaliyyətini təmin etmək üçün tam profilaktik işləri yerinə yetirmək və cari təmir-bərpa işlərini həyata
keçirmək;
Təhkim olunmuş ərazini coğrafi baxımdan mükəmməl
tanımaq;
Ərazi üzrə gördüyü texniki işlərə dair məlumatları düzgün və
dolğun şəkildə onlayn rejimdə aparıcı texnikə elektron poçt vasitəsilə ötürmək;
İş rejim qaydalarına riayət etmək (əraziyə çıxış və qayıdış təyin edilmiş qaydada
tənzimlənməli);
İş vaxtının bitməsinə az qalmış vəziyyətdə terminalda
müştərinin kartı qalması hallarında həmin kartın çıxarılması üçün dərhal həmin terminala getməli və müştəri
məmnuniyyətini təmin etmək;
Terminalın daxilində, pulqəbuledicidə,
kasetdə aşkar edilən vəsaitin təlimata uyğun olaraq müvafiq hesab keçirilməsini (mümkün olmadıqda ofisə gətirərək
tabelik üzrə təhvil vermək) təmin etməli, ehtiyac olduqları halda şəkil və qısa video görüntüləri ilə qeydə
almaq;
Geyim formasına, üz və saç təmizliyinə daimi olaraq diqqət
yetirmək;
İşdə olan zaman tabeliyində olanlarla, iş yoldaşları, ərazidə
terminal quraşdırılmış obyekt sahibləri, abonentlər və digər şəxslərlə etik qaydalara uyğun
davranmaq;
Daimi olaraq texniki bilik və bacarığını
öyrənmək;
Fəaliyyəti zamanı operativ və çevik şəkildə verilən
tapşırıqları yerinə yetirmək.
Tələb olunan bacarıqlar
Windows 7 əməliyyat sisteminin yazılması və quraşdırılmasını bacarmalı (drayverlərin
tam olaraq yüklənməsi).
Linux əməliyyat sistemi barədə tam biliklərin
olması.
System blokun daxili quruluşu barədə tam biliklərə sahib olmaq
(Hardware).
Gərginlik – Cərəyan – Müqavimət münasibətləri haqqında ilkin
biliklərə sahib olmaq (OM qanunu).
Windows 7 əməliyyat sisteminin
yazılması və quraşdırılmasını bacarmalı (drayverlərin tam olaraq yüklənməsi).
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
